Modern.az

Venesuela Britaniyanı müharibə ilə hədələdi

Venesuela Britaniyanı müharibə ilə hədələdi

22 Fevral 2010, 11:53

Venesuela prezidenti Huqo Çaves Böyük Britaniyanı müharibə təhdidi ilə hədələyib. Xarici mediaya istinadən Modern.az xəbər verir ki, canlı yayına çıxan Çaves bəyan edib ki, yeni bir Falkland müharibəsi başlayarsa, Argentina İngiltərənin qarşısında tək olmayacaq.

 

“Ey İngiltərə, nə vaxtadək Falklandda qalacaqsan? İngiltərə kraliçası sənə müraciət edirəm: İmperiyalar başa çatdı, bunun fərqində deyilsənmi? Falklandı Argentina xalqına qaytar. Artıq 1982-ci il deyil, zaman dəyişib. Əgər müharibə baş verərsə, Argentinanın meydanda tək olmayacağına əmin olun”, - deyə Venesuela prezidenti səslənib.

 

Qeyd edək ki, Britaniya 1833-cü ildən bu yana Falkland adalarını işğal altında saxlayır. Adalar 1982-ci ildə Britaniya-Argentina müharibəsinə səbəb olub və ikinci tərəf müharibəni uduzub. Son zamanlarda isə İngiltərənin adalarda neft çıxarma işlərinə başlayacağını bəyan etməsi Argentina ilə növbəti münaqişəyə səbəb olub. Hesablamalara əsasən, Falkland sahillərində 60 milyard barelədək neft ehtiyyatı yatır.

 

Tural

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır