Modern.az

Rusiya Gürcüstanla sərhədi açdı, ermənilər sevinir

Rusiya Gürcüstanla sərhədi açdı, ermənilər sevinir

1 Mart 2010, 13:34

Bu gün səhər saatlarından Rusiya və Gürcüstan arasında “Yuxarı Lars” sərhəd-buraxılış məntəqəsi fəaliyyətini bərpa edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 3 il fasilədən sonra Gürcüstan və Şimali Osetiya arasında nəzarət-buraxılış məntəqəsi işə başlayıb. Gürcü mətbuatının məlumatına görə, məntəqənin açılışı isveçrəli diplomatların vasitəçilyi ilə Rusiya və Gürcüstan ekspertləri arasında keçirilən görüşlərdən sonra mümkün olub.  

Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev sərhədin açılması üçün heç bir əngəl görmədiyini deyib. Rəsmi Tiflis isə sərhədin açılmasından heç bir iqtisadi fayda gözləmədiyini bildrib.   Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandovun sözlərinə görə,   sərhədin açılması heç də Rusiya-Gürcüstan münasibətlərinin nizamlanmasını sübut etmir. “Bu barədə yalnız ölkə ərazisinin 20 faizini işğal etmiş Rusiyanın Gürcüstan torpaqlarını  tərk etməsindən sonra danışmaq olar”,- deyə XİN rəsmisi deyib.

Ermənilər isə sevinir. Belə görünür ki, sərhədin açılmasından ən çox fayda götürən ermənilər olacaq. 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır