Modern.az

Prezidentdən məmurlara yeni qadağa

Prezidentdən məmurlara yeni qadağa

Dünya

12 Fevral 2013, 15:29

Rusiya  prezidenti Vladimir Putin Rusiya Dövlət Dumasına məmurların öz pul vəsaitlərini xarici dövlətlərin banklarında saxlamalarını qadağan edən qanun layihəsi təqdim edib. Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu qadağanı nəzərdə tutan sənəd Rusiya Federasiyasını dövlət xidmətində çalışan məmurlara və Rusiya Bankı direktorlar şurasının üzvlərinə aid ediləcək. Rusiya məmurlarının xaricdə aktivlər əldə etməsinin qarşısının alınmasına yönəlmiş bu qanun laihəsi həmçinin dövlət və hərbi qulluqçuların xarici ölkələrdə daşınmaz əmlaka da sahib olmalarını qadağan edir. Qanun layihəsində bildirilib ki, qadağaları pozan məmurlar 5 milyon rubldan 10 milyon rubladək cərimələnəcək və yaxud 5 il müddətinə azadlığdan məhrum olunacaq. Bu vəziyyətdə yeganə istisna hal isə məmurların öz pullarını xarici dövlətlərdə yerləşən Rusiya banklarında saxlamalarına icazə verilməsidir.                                                                                                                                                                                     

Günəş FƏRHADLI 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir