Modern.az

Prezidentə müraciətlərin artmasına səbəb vəzifəli şəxslərin etinasızlığıdır

Prezidentə müraciətlərin artmasına səbəb vəzifəli şəxslərin etinasızlığıdır

Aktual

5 Mart 2013, 13:31

Son günlər ölkə prezidenti İlham Əliyevə müraciət edən şəxslərin sayı artıb. Prezidentə məktub yazanların sırasında  keçmiş deputat Hüseyn Abdullayev,  tanınmış müğənni Nazpəri Dostəliyeva, rəsmi Novruz şənliklərində Kosa obrazını canlandıran aktyor Qafar Novruzlu və s. “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, həmin şəxslərin prezidentə müraciət etməsi onların prezidentə inanması, etimad etməsi və güvənməklərindən irəli gəlir. Hüquqşünasın sözlərinə görə, bunun digər bir səbəbi də bəzi dövlət orqanlarında vəzifəli şəxslərin vətəndaşlara qarşı etinasızlığıdır.

“Məktub yazanlar bilirlər ki, prezident onların qaldırdığı məsələləri həll etmək və üzərinə göstərişlər vermək imkanına malik olan bir şəxsdir. Bu baxımdan daha çox müraciət edirlər. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti tərəfindən hər zaman belə bir fikir səslənib ki, əgər hər hansı bir problem baş verərsə, icra hakimiyyəti orqanına müraciət etmək lazımdır. Belə ki, həmin icra hakimiyyəti orqanları da Azərbaycan Respublikasının Prezidentinə tabedir. Son dövrlərdə şəffaflığın artması, eyni zamanda bəzi dövlət orqanlarının vəzifəli şəxslərinin vətəndaşlara münasibətdə etinasız münasibəti və özbaşınalıqla bağlı prezidentin səsləndirdiyi fikirlər daha çox vətəndaşların prezidentə müraciətlərinin sayının artmasına gətirib çıxarıb. Bu yaxınlarda Prezident çox sərt şəkildə qanunsuz əməllərə və özbaşınalığa yönələn məmurlara xəbərdarlıq etdi. Bütün bunlar insanlarda yeni-yeni ümidlər yaradır. Bu baxımdan hər şeyin əsasında inam və etimad durur”.

Anar Kəlbiyev

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı