Modern.az

Tahir Rzayev: “Bütün sahələrdə ictimai nəzarət olmalıdır”

 Tahir Rzayev: “Bütün sahələrdə ictimai nəzarət olmalıdır”

Təhsil

5 Mart 2013, 21:41

“Bütün sahələrdə ictimai nəzarət olmalıdır. İctimai nəzarət olarsa, insanlar özlərini daha məsuliyyətli hiss edər, işlərinə daha diqqətlə yanaşarlar” Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev bildirib. Prezident yanında İctimai Şuranın yaradılmasının vacib olduğunu deyən deputat bildirib ki, şəffaflığın təmin edilməsi üçün vətəndaşlar idarəetmə orqanlarına nəzarət etməlidirlər.

“Bu gün bütün dünya ölkələrində ictimai nəzarətin həyata keçirilməsi çox vacib bir amil kimi qarşıya qoyulur. Bu ondan irəli gəlir ki, nəinki inzibati orqanlar, idarəetmə orqanları, rəhbər orqanları, eləcə də hər bir vətəndaş insanların vətəndaşların idarəetmə orqanlarına nəzarət etməlidir. Bu demokratiyanın bir təzahürüdür. Mən bunu düzgün hesab  edirəm. Çünki bütün sahələrdə ictimai nəzarət olmalıdır. İctimai nəzarət olarsa əgər insanlar özlərini daha məsuliyyətli hiss edərlər, öz işlərinə daha diqqətlə yanaşarlar. Hiss edərlər ki, bunlar üzərinə bir vətəndaş nəzarəti var”-deyə millət vəkili bildirib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar