Modern.az

2013-cüil üçün seçki konsepsiyası: Müsavat hazırlayır, AXCP fikirləşir - MÖVQE

2013-cüil üçün seçki konsepsiyası: Müsavat hazırlayır, AXCP fikirləşir - MÖVQE

6 Mart 2013, 12:19

2013-cü il prezident seçkisində bir neçə partiya artıq öz namizədi olacağını bildirib. Seçkilərə 7 ay vaxt qalıb, bəs partiyaların seçki platforması və konsepsiyası hazırdırmı?

Modern.az bir neçə partiya arasında sorğu apararaq bunu öyrənib.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bu məsələ üzərində iş getdiyini deyir. “İctimai Palatada seçki platformasının, konsepsiyasının hazırlanması ilə bağlı qrup yaradıb. Seçki konsepsiyamız da hazırdır. Ancaq bu məsələ tam başa çatmadığına görə hələlik bir şey deyə bilmərəm”.

AXCP sədrinin müavini Razi Nurullayev isə qeyd edib ki, partiyaları seçki hazırlıqlarını davam etdirir. “Amma seçkidə iştirakla və formatı ilə bağlı dəqiq qərar yoxdur. Bu qərarın yəqin ki, yaz aylarında veriləcəyi gözlənilir. Partiyamızın sosial, siyasət, iqtisadiyyat komissiyaları bu və ya digər şəkildə proqramlar hazırlayır. Əgər AXCP prezident seçkisində iştirakla bağlı qərar qəbul etsə və bunu formatını müəyyənləşdirsə ona uyğun olaraq şüar da seçəcəyik. Ancaq hazırda partiyanın seçki ilə əlaqədar şüarları yoxdur”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin cavabı belə olub: “Seçki konsepsiyamız var, amma hələ tam olaraq yekunlaşmayıb. Orada hansı məsələlərin nəzərdə tutulması ilə bağlı danışmaq hələ tezdir. Tam hazır olandan sonra bu məsələ müzakirə olunacaq”.

İslam Partiyasının sədr müavini Rövşən Əhmədov qeyd edib ki, ilk növbədə seçki mühitinin demokratikləşdirilməsi, şəffaf  keçirilməsinin təmin edilməsini qarşılarına məqsəd qoyublar. “Partiyamız seçkidə ya öz namizədi, ya da hansısa namizədi dəstəkləməklə iştirak edə bilər. Boykot da 3-cü variantdır. Ancaq hər bir halda seçkilərlə bağlı görüşlər keçiririk. İslam partiyası olaraq bu proqramı yerinə yetirəcək, belə bir komandaya malik ola biləcək hər hansı bir namizədi müdafiə eləmək məqsədimiz olub. Bu istiqamətdə işlər də görülür. Təbii ki, seçki məsələlərində partiyamızın özünün də proqramı olacaq. Bu proqramda sadaladığım müddəalar öz əksini tapacaq. Ölkənin qanunvericiliyə uyğun olaraq idarə edilməsi, Qarabağın azad edilməsi, insanların hüquq və azadlıqlarının qorunması ilə bağlı müddəalar da proqrama daxil olunub”.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir