Modern.az

Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib - FOTO

Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib - FOTO

21 Noyabr 2013, 22:18

Zakir Həsənovun iclas çərçivəsində Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ukrayna xarici işlər nazirləri ilə ikitərəfli görüşləri olub

Moskvada MDB Müdafiə Nazirləri Şurasının 65-ci iclası keçirilib. Tədbirdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib.

AzərTAc-ın xəbərinə görə, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun iclas çərçivəsində Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Ukrayna xarici işlər nazirləri ilə ikitərəfli görüşləri olub. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov “Qəbələ” RLS-in Azərbaycana verilməsi ilə bağlı cari məsələlərin, demək olar ki, həll olunduğunu söyləyib. Müdafiə naziri vurğulayıb ki, iki ölkə arasında mövcud olan tarixi münasibətlər davam və inkişaf edir.

Sergey Şoyqu Azərbaycanın müdafiə naziri vəzifəsinə təyin olunması münasibəti ilə Z.Həsənovu təbrik edib. Görüşdə, həmçinin iki ölkənin müdafiə nazirlikləri arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

MDB Müdafiə Nazirləri Şurasının 65-ci iclasında Şuranın işçi orqanlarının 2013-cü ildə fəaliyyətinin yekunları, geoməkan informasiyası ilə operativ mübadilə, silahlı qüvvələrdə dövlət tanıma sistemləri vasitələrinin tətbiqi, aviasiya texnikasının nasazlığı haqqında informasiya mübadiləsi, MDB ölkələri nazirliklərində radiasiya vəziyyətinə, kimyəvi və bioloji vəziyyətə birləşmiş nəzarət sistemi, antiterror fəaliyyəti sahəsində kadrların hazırlanması və digər məsələlər müzakirə olunub. Bundan əlavə, müdafiə nazirləri MDB ölkələri ali hərbi təlim məktəbləri kursantlarının olimpiadasının keçirilməsi, beynəlxalq təhlükəsizlik üzrə MDB təlim mərkəzinin yaradılması məsələlərini də nəzərdən keçiriblər. İclasda 2014-cü ildə MDB ölkələrinin birləşmiş hava hücumundan müdafiə sistemlərinin birgə tədbirlərinin keçirilməsi barədə razılıq əldə edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı