Arxiv
11 Dekabr 2013, 09:22 | AKTUAL
Çeçenistan neсə idarə edilir? - TƏHLİL

Rus-Çeçen müharibəsində Kremlin ordu siyasətinə qarşı dirəniş göstərən Çeçenistanda indi bir qədər fərqli situasiya yaranıb. Proseslərin aqressiya müstəvisindən rəsmi Moskvaya boyun əymək fazasına keçid etməsinin əsl baiskarı isə Çeçenistanın indiki prezidenti Ramzan Kadırovdur. Ona münasibət isə birmənalı deyil. Əksər çeçen hesab edir ki, Kadırov kimilər olmasaydə Rusiya Çeçenistanı idarə edə bilməzdi. Digər göstərici isə ondan ibarətdir ki, birinci Rus-Çeçen müharibəsin ərəfəsində çeçenlərin sayı 1 milyonu adlayırdısa, hazırda bu rəqəm 300 minin üzərindədir. Bu qeyri-rəsmi statistikadır. Məsələyə bu məntiqlə yanaşdıqda, Kadırov millətinin xilaskarı, millətinin tarixdən silinməməsi üçün bu addımı atdığı nəticəsinə də gəlmək olar. Maraqlıdır ki, birinci Rus-Çeçen müharibəsində atası Əhməd Kadırovla birgə Çeçenistanın ordusunun tərkibində ruslara qarşı döyüşmüş R. Kadırov valı 180 dərəcə dəyişdi. Rusiyanın mövqeyinin ifadəçisinə çevrildi. Məsələlərə soyuq bağla yanaşmamı, yaxud da müharibədə aldığı “travmanın şoku”mu onu 2004-cü ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılmasına gətirib çıxarır.      Bir müddət öncə Rusiya mediasının redaktorları ilə görüşündə Kadırov məqsədinin və arzusunun Umarovu məhv etmək olduğunu bildirib. Dəfələrlə ölüm xəbəri yayılan Doku Umarovun müqavimət əzmini, hisslərini Kreml və Çeçenistan rəhbərliyi hələ ki, ələ ala bilməyib. Umarovun bundan sonra tələblərində və iddialarında israrlı olacağını da söyləmək olar. Çünki Rusiyada terrorist qruplaşmasının rəhbəri Umarova Moskvanın və onun əlaltısı Kadırovun güzəştə gedəcəyi inanılmaz görünür. Soçi Olimpiadasını hədəfə alan “Meşələr kralı” Umarova Kadırov da sərt cavab verib. Onun sözlərinə görə Soçi qış olimpiadası başlayana qədər Umarov öldürülməlidir. Çeçenistanın radikal dini ideoloji cizgiləri də Umarovla Kadırovu bir yerdə olmağa yasaq edir. Suriyada üsyançılara yardım etməkdə şübhəli bilinən Umarov və onun dəstəsinə qarşı aparılan əməliyyatlar hələik öz bəhrəsini verməyib. Çeçenistanın gələcək taleyi haqqında isə birmənalı ehtimallar belə səsləndirmək, optimist fikirlər söyləmək düzgün olmazdı. Çünki Rusiya indiki siyasi durumda Qafqaz regionunda faktiki olaraq mövqelərini möhkəmləndirir ki, bu da Kadırova əlavə siyasi xallar qazandırır.

Konfliktoloq Arif Yunus bu məsələ ilə bağlı fikirlərini Modern.az-a şərh edərkən bildirib ki, ruslara qarşı əvvəldən cəbhə tutanların bir çoxu indi də döyüşür. Münaqişələr üzrə ekspertin sözlərinə görə məsələ ilə bağlı yanaşmada bütün çeçenləri birləşdirmək lazım deyil. A. Yunus həmçinin Kadırov-Putin sövdələşməsinin şəxsi münasibətlərə söykəndiyini qeyd edib. “Vaxtilə Rusiya rəsmilərinin yürütdüyü ağıllı siyasət nəticəsində çeçenlər arasında parçalanma oldu. Hazırda münasibətlər Rusiya-Çeçenistan səviyyəsində deyil və Kadırov-Putin şəxsi əlaqələrinə söykənir. Kadırov özünü Putinin adamı kimi aparır. Əgər Rusiyada hakimiyyət dəyişsə, Kremllə Kadırov arasında da münasibətlər pisləşəcək”-deyə A. Yunus fikirlərini bölüşüb. 

AST Telmanla Kadırovu nə birləşdirir?  

Konfliktoloq Putinin Kadırovu özünə tabe etməsinin səbəbləri barədə də danışıb: “Putin Kadırova icazə verib ki, Çeçenistanda Kremlə tabe olmaq şərti ilə istədiyi hərəkəti etsin. Üstəlik Putin Kadırova maliyə yardımları da etdi. Çoxları bilmir ki, Qroznı aeroportu beynəlxalq status alıb. Əvvəllər xaricdən hansısa biznesmen malları Moskvaya, Vladivastok və ya Peterburq hava limanlarına gətirirdisə, indi bu səlahiyyətləri Qroznı aeroportuna veriblər. Hətta azərbaycanlı biznesmenlərdən Telman İsmayılov da elə belə yerə Çeçenistana getmir. Çünki orada biznes maraqları var. Putin Kadırova şərait yaradıb ki, bu yollarla pul qazana bilsin. Putin Çeçenistanın daxili məsələlərinə qarışmayacağını da öhdəsinə götürüb. Çeçenistan indi də şəriət qaydaları ilə idarə olunur. Halbuki Rusiya dünyəvi dövlətdir. Rusiyanın qanunları Çeçenistanda heç bir rol oynamır. Deməli, burda bir daha Kadırov-Putin anlaşmasının təfərrüatları üzə çıxır. Belə vəziyyətin nə qədər davam edəcəyi, Çeçenistanın taleyinin necə olacağı isə sual altındadır”-deyə A. Yunus şərh edib. 

Siyasi proseslərin fərqli mərhələlərə qədəm qoymasından sonra Kadırovun taleyi haqqında sadəcə ehtimallara söykənən mülahizələr söyləmək olar. Vay o günə ki, Kadırovu “Hacı Murad”-ın taleyi gözləyər. Xatırladaq ki, “Hacı Murad” ruslar tərəfə keçdiyi üçün başı kəsilmişdi... 

Aqşin KƏRİMOV 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pilotlar tətili dayandırdı 19 Sentyabr 2019, 00:49 Bakıda "preparator"  gəncin kürəyini deşdi 19 Sentyabr 2019, 00:28 Azərbaycanda xanım müğənni qəzada öldü 19 Sentyabr 2019, 00:14 Metroda polis güllələndi 18 Sentyabr 2019, 23:58 Azərbaycan nefti ucuzlaşdı 18 Sentyabr 2019, 23:43 Davudoğlunun daha bir adamı AKP-dən getdi 18 Sentyabr 2019, 23:29 Hökumət hərbi xərcləri artırır 18 Sentyabr 2019, 23:14 “Qalatasaray” heç-heçəyə razılaşdı 18 Sentyabr 2019, 22:56 Yenidən  dollar böhranı yaşanır 18 Sentyabr 2019, 22:42 Bakıda yeniyetmə anasına mesaj yazanı bıçaqladı 18 Sentyabr 2019, 22:30 Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar 18 Sentyabr 2019, 22:16 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04