Modern.az

Ekologiya Nazirliyi: “Qarlı-şaxtalı hava şəraiti davam edəcək”

Ekologiya Nazirliyi: “Qarlı-şaxtalı hava şəraiti davam edəcək”

12 Dekabr 2013, 13:21


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Modern.az-a açıqlamasında bildirib ki, dekabrın 12-dən 13-ə keçən gecə qarlı, şaxtalı hava şəraiti davam edəcək.

“Havanın ən aşağı, minumal temperaturu dağlıq ərazilərdə 15-20, bəzi yerlərdə 23 dərəcə şata gölzənilir. Aran rayonlarında 0-5 dərəcə şaxta, bu gecə paytaxtda isə 0-2 dərəcə şaxta gözlənilir. Buna görə də bəzi ərazilərdə yollaırn buz bağlaması gözlənilir.

Bu gün qarın yağması eyni zamanda güclü küləklə müşayiət olunur, yəni çovqunlu hava şəraiti qeydə alınır. Sabah gündüzdən hava mülayimləşəcək. Ona görə də hava şəraiti sabah bu günə nisbətən kəskin olmayacaq. Yağıntılar gecə və axşam saatlarında sulu qar və qar şəklində olacaq. Günorta saatlarında bu gün tepmeratur 0 dərəcəyə yaxındırsa, sabah +2,+3 dərəcə temperatur müşahidə olunacaq. Nisbi mülayimləşmə günorta saatlarında olacaq”.

U.Tağıyeva bildirib ki, dekabrın ikinci ongünlüyünün birinci yarısında havanın temperaturu ölkə ərazisində iqlim normasından aşağı olacaq.

“Ölkədə hava şəraitinin kəskin dəyikməsi Türkiyəyə şimaldan daxil olan soyuq Artik hava kütlələrinin Şərqə doğru tədricən hərkəti ilə bağlıdır. Fasilələrlə yağıntılı hava şəraiti qeydə alınacaq. Bu yağıntı aramsız olmayacaq. Dekabrın 13-ü gündüz yağıntılarda fasilə gözlənilir, dekabrın14-ü axşamdan dekabrın 15-ə keçən gecə ölkə ərazisindən növbəti dalğanın keçməsi proqnozlaşdırılır. Lakin daha dəqiq məlumatı sonrakı günlərdə şərh edə biləcəyik”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü