Modern.az

Ramiz Həsənoğlu: “Anarın təklifi məni sevindirdi”

Ramiz Həsənoğlu: “Anarın təklifi məni sevindirdi”

30 Dekabr 2013, 12:55


“Anarın bu cür deməsi məni çox sevindirir. Mən bunu bilmirdim. Dediniz çox sevindim. Sizə çox minnətdaram”. Bunu Modern.az-a açıqlamasında xalq artisti rejissor Ramiz Həsənoğlu bildirib.

Qeyd edək ki, Azərbaycan prezidentinin “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii serialın çəkilməsi haqqında sərəncam imzalayıb. İdeyası Yazıçılar Birliyin sədri Anara məxsus olan serialın ssenarisini də xalq yazıçısının özü yazmaq fikrindədir. Anar öz açıqlamasında rejissor kimi Ramiz Həsənoğlunu təklif edəcəyini bildirib. R.Həsənoğlu Modern.az-a açıqlamasına bunları əlavə edib: “Bu mövzu ilə bağlı iş görmək əlbəttə ki şərəfdir. 10-12 il bundan əvvəl Azərbaycan Televiziyasında biz o işi başladıq. Amma təbii ki biz onu məhdud imkanlar çərçivəsində gördük. Vəsait çatmadığı üçün o işi başa vura bilmədik. İndi fürsət düşüb, əgər mənə təklif olunsa təbii ki böyük şövqlə , böyük məmuniyyətlə bütün bacarığımı bütün qabiliyyətimi ortaya qoyacağam. Çalışacağam ki, layiqli bir iş çıxsın”. Xatırladaq ki, 2000-ci illərdə “Dədə Qorqud Oğuznamələri” adlı 12 hissəli teletamaşanın yalnız 2 hissəsi çəkilib. Prezident Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuş həmin teletamaşamın ssenari müəllifi Anar, quruluşçu rejissor Ramiz Həsənoğlu olub.   Elmin Nuri  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir