Modern.az

865 000 Avro dəyərində olan layihə başa çatdı

865 000 Avro dəyərində olan layihə başa çatdı

18 Aprel 2014, 18:08


Modern.az xəbər verir ki, bu gün “Kempinski Hotel Badamdar”da Tvininq layihəsi çərçivəsində  “Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək”  layihəsinin bağlanış mərasimi keçirilib.

Avropa İttifaqı tərəfində maliyyələşdirilən 19 aylıq layihənin benefisiarı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olub. Layihə kiçik tərəfdaş SLS ( Latviya Dövlət Torpaq Xidməti ) ilə birgə əməkdaşlıqla  Lantmateriet ( İsveç Kadastr, Xəritəçəkmə və Torpaq Reyestr Orqanı) tərəfində həyata keçirilib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədov Layihə, onun məqsədləri , nəticələri və bu nəticələrin gələcəkdə Azərbaycan Respublikasında necə tətbiq olunacağı ilə bağlı çıxış edib və öz çıxışında gələcəkdə Avropa Birliyi ilə işbirliyinin davam etdiriləcəyinə ümid etdiyini bildirib. Azərbaycan Respublikasında Avropa Birliyi Deleqasiyasının rəhbəri olan xanım Malena Marda Aİ-nin dövlət sektoruna dəstəyi, Layihənin əsas nəticələri və Azərbaycan Respublikasının Torpaq Sektorundakı əsas məsələlər haqqında məlumat verib.

Tvininq  Aİ ÜÖ və BÖ kimi Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlığa əsaslanan İnstitusional alətdir. AB-in Üzv Ölkəsi Azərbaycan qanunvericiliyinin AB-in qanunvericiliyə uyğunlaşdırılması üçün üzun müddətli dəyişiklik üçün ekspertiza təchiz edir.

Qeyd edək ki, təxminən dəyəri 865 000 Avro olan  layihə üzrə  aşağıdakı komponentlər həyata keçirilib:

Komponent 1: İnstitusional və institutlararası analiz və hüquqi sistein təhlili daxil olmaqla müvafiq strukturların gücləndirilməsi;

Komponent 2:Torpağın qiymətləndirilməsi metodologiyası və dövlət torpaq kadastr sisteminə inteqrasiyası; 

Komponent 3: Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı və kənd/şəhər dövlət torpaq kadastrı məlumat sistemi.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir