Modern.az

ABŞ şirkəti Dağlıq Qarabağa 2 milyon dollarlıq yardım edib

ABŞ şirkəti Dağlıq Qarabağa 2 milyon dollarlıq yardım edib

30 Aprel 2014, 16:09

ABŞ-da 26 dövlət xəstəxanasının idarəolunmasına nəzarət edən “Healthcare Management” şirkəti Ermənistan və Dağlıq Qarabağ üçün 2 milyon dollar məbləğində tibbi avadanlıq tədarük edib.


Modern.az ABŞ KİV-lərinə istinadən xəbər verir ki, Xeyriyyə məqsədi daşıyan yardım çərçivəsində pasientlərt üçün monitorlar, diffibilyatorlar, xilasedici qurğular və s. Ermənistan və Qarabağ xəstəxanalarına göndərilib.

“Healtcare Management” şirkətin prezidenti Maykl Saryanın sözlərinə görə, yardımın ümumi məbləği yaxın zamanlarda 5 milyon dollara çatdırılacaq. Yardımların konteynerlərdə dəniz vasitəsilə Gürcüstana və oradan Ermənistana göndərilməsi nəzərdə tutulur. Xatırladaq ki, 30 min işçisi və 26 xəstəxanası olan “Healtcare Managemet” ABŞ-ın səhiyyə sahəsində ən böyük 10 şirkətindən biri sayılır.

 

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?