Arxiv
8 May 2014, 09:49 | MÜSAHİBƏ
“Surət Hüseynov kimi xəyanətkarla heç vaxt görüşmərəm” - MÜSAHİBƏ


Modern.az
 saytı “Elçibəy hakimiyyətinin icra başçıları” layihəsinə start verib.

Layihəyə Azərbaycanın Milli Qəhrəmanı, Goranboy rayonu İcra Hakimiyyətinin sabiq icra başçısı Maşallah Abdulluyevlə başladıq. 

- Maşallah müəllim, o dövrdə məhşur icra başçılarından biri də siz olmusunuz. Necə oldu ki, Maşallah Abdullayev Goranboy icra başçısı oldu?

- Açığı deyim ki, mənim icra başçısı olmaq fikrim yox idi. Ancaq müəyyən təxribatlar, korrupsiya ilə bağlı məsələlər var idi. Məni Bakıya çağırdılar və bildirdilər ki, icra başçısı olmalısan.

Birinci Ağcakəndə başçı göndərmək istiyirdilər.

Axırıncı dəfə Əbülfəz bəy məni yanına çağıraraq dedi ki, məsləhətim sənin icra başçısı olmağındır.

Onu da qeyd etdi ki, nizam-intizama diqqət etmək və vicdanla işləmək lazımdır. Mən də narazılığımı bildirmədim və icra başçısı vəzifəsində çalışmağa başladım. Elçibəy o zaman bütün başçılara onu da tapşırırdı ki, kommunistləri incitmək olmaz.

İcra başçısı olduğum müddətdə Goranboy camaatı, eləcə də hər kəs mənim necə işlədiyimi bildilər. Kimdənsə 1 manat rüşvət almadım. Həmin dövrdə mən həm də millət vəkili idim.

Bizim üçünVətəndən əziz heçnə ola bilməzdi. Elçibəyin vətənpərvərliyini görə-görə, dövlətçiliyə, millətə xəyanət etmək ən azından insafsızlıq olardı. Ancaq buna bxmayaraq, o cür davranan insanlar da olurdu.

- Sizin o zaman icra başçısı olmağınıza mane olan və buna qısqanclıqla yanaşan qüvvələr var idimi?

- Vəzifə elədir ki, o stulda kimsə oturdusa, kimsə sənin üzünə açıq nəsə demir. Ancaq tərifləyirlər. Ona görə də kiminsə narazı olub olmadığını dəqiq deyə bilmərəm. Yəqin ki, olub.

- Elçibəyin dövründə olan icra başçılarını bəzən də səriştəsizlikdə qınayırdılar. Bəs bu məsələyə münasibətiniz necədir?

- Vətənpərvərlik əgər insanın qanında varsa, icra başçısı işləmək elə də çətin deyil. Ancaq olduqca məsuliyyət tələb edir. Korrupsiya ilə məşğul olan kəsdən heç vaxt xalqımız xeyir görməyib, bu gün də görmür.

Ramil Səfərov bizim bayrağımızı təpiyin altına atan erməninin cavabını verdi. Elə oğulun başına dönüm. Cənab Prezident İlham Əliyev də onu Macarıstandan gətirtdi və elə təyyarədə də əfv etdi. Ramilin etdiyini qiymətləndirdi, iş verdi. Bu olduqca təqdirəlayiq davranışdır.

- Siz hansı müddətdə Goranboyun icra başçısı vəzifəsində oldunuz?

- 1992-ci ilin iyun ayından 1993-cü ilin avqust ayına qədər.

- O vaxt, Elçibəyin dövründə siz başçı olsanız da, hərbçi kimi tanınırdınız. Həmişə müharibələrdə olmusunuz. Müharibə məsələlərində Rəhim Qazıyev, İsgəndər Həmidovla mübahisələriniz, razı qalmadığınız məsələlər olubmu?

- Milli qəhrəman Məhəmməd Həsənov da sağdı. Biz onunla Ağcakənd rayonuna gedəndə, Nəcməddin Sadıqov göstəriş verdi ki, geri çəkilin. Mən əsəbləşdim ki, necə olur, Suriyadan, Livandan erməni gəlir, Qaraçinardaki, Ağcakənddəki ermənilərlə birləşir. Biz Ağcakəndə gedə bilmirik. Bizim 30-a yaxın texnikamız var idi. Onu goranboyluların pulu ilə almışdıq.

Bizdə ciddi qanuna əməl etmə var idi. Kimliyindən asılı olmayaraq, kimsə batalyona içkili gələ bilməzdi. Heç bir yerdə bizim texnikalarımızdan yox idi. Kənardan tanımadığımız insanları batalyona götürmürdük.

Dediyim kimi o zaman bizə Ağcakəndi azad etməyə icazə vermədilər. Mən Milli Qəhrəman Məhəmmədlə dərdləşdim. Ona qardaş kimi dedim ki, qız-gəlin gəlib döyüşəsi deyil ki...Qərara aldıq ki, bizi güllələsələr də Ağcakəndi azad edək.

O vaxt da Əbülfəz Elçibəyə mənim haqqımda yalnış məlumat vermişdilər.

Elçibəy məni Bakıya çağırtdərdı və dedi ki, sən aparıb xalqın uşaqlarını qırdırmısan. Mən də bildirdim ki, güvəndiyiniz insanı göndərin yoxlama aparsın.

Mənə başqa sözlər də dedi. Ancaq onun elə deməyindən incimədim. Bu məsuliyyətin altına mən girmişdim. Bizim 5-6 nəfər itkimiz, 10 nəfər də yaralımız var idi.

Bəziləri ölənin arxasından danışırlar. Əbülfəz Elçibəy də hakimiyyət dövründə vətənpərvər insanlardan biri olub. Ancaq çoxusu tələsdi. Hakimiyyətin faciəsi buradan başladı. Ailədə birlik, namus, vicdan olmayanda, o ailənin təməli pozulur. Ona görə də daxili təxribatlar və müəyyən hadisələr oldu.

- Başçı olaraq sizə rayonunuzun mənafelərinə uyğun gəlməyən göstərişlər olurdumu?

- Əbülfəz Elçibəyin vaxtında özümə qarşı heç bir qərəzli fikir görmədim. Amma Rəhim Qazıyev o vaxt gəldi ki, hərbi hissədən Elçibəyin şəkli götürülsün. Onda mən çox pis oldum və bildim ki, bu dövlətin təməli pozulub. Mən də cavan idim. Bu haqsızlıqla barışa bilməzdim. Ona görəd də dedim ki, Elçibəy bizim Ali Baş Komandandır. Bu məsələyə görə aramızda narazılıqlar olmuşdu. Şəkli götürmədim.

- Sizin o dövrdə fəaliyyət göstərən başçılardan hansıları ilə dostluq əlaqələriniz var idi? Kimləri qəbul edirdiniz ki, onlar doğrudan da öz vəzifələrini layiqincə yerinə yetirir və eyni zamanda rüşvətsiz işləyirdi?

 -  Yevlaxda Rafiq, Kəlbəcərdə İlham var idi. Çox gözəl insanlar idi. Canları, qanları ilə ölkəni qorumaq istəyirdilər. Bir dəfə Məmməd Sürət Hüseynovla telefonla danışırdı. Sürət dedi ki, İlhamı həbs etdirəcəm. Mən də soruşdum ki, prezidentin fərmanı ilə icra başçısı olan insanı sənin həbs etdirməyə ixtiyarın varmı? Deyirdi ki, Kəlbəcərdə dostları var, İlham onlara iş vermir. Konkret olaraq Əvəz Şükürovun adını çəkirdi.

Bir gündə Sürət Hüseynov 2-3 dəfə zəng edirdi ki, İsgəndərin atası ilə mənim atam dost olub. Məni İsgəndərlə barışdır. İsgəndəır Həmidov çox yaxşı nazir idi. Mən İsgəndərə dedim ki, gəlin barışın. Biri-birinizlə dil tapıb danışın. Biz ermənini torpağımızdan çıxarmamış, Qarabağ məsələsi həll olmamış biri-birimizlə pisləşdik. Tərtərdə Sərdarla Sürətin arasında da narazııq oldu. Erməninin bir fikri var idi. Goranboydan Gorana çıxsın. Bunu edə bilmədi. Sərdar Həmidovun o vaxt Tərtərin işğal olunmaması üçün böyük əhəmiyyəti oldu.

Sərdargil Tərtər istiqamətində bir erməni batalyonunu tamam məhv etdilər. Ona görə Ermənistan 3 gün matəm elan etdi. Orada çox sayda yaralı var idi. O toqquşmada Sərdar Həmidov və Emin Eminbbəyli də iştirak edirdi.

- O vaxt Bakıda icra başçılarının toplantılarında nələrin şahidi olurdunuz?

-Əbülfəz bəy həmişə xalqı incitməməyə çağırırdı. O vaxt bir qaçqından 1 manat alınmadı. Onlara təmənnasız verilənlər borcumuz idi. Bəzən rüşvət alanlar da olurdu. Ancaq mən heç vaxt rüşvət almamışam.

- Sizin başçı olmağınız Elçibəyin təşəbbüsü ilə oldu. O zaman bütün icra başçıları da bu cür təyin olunurdu?

- O vaxt cəbhəçilər, parlamentdə olanlar, millət vəkilləri, İsgəndər Həmidov, Pənah Hüseynov, Əli Kərimov da mənim icra başçısı olmağımı istəyirdilər. Ancaq mən bunun üçün heç birinə müraciət etməmişdm.

- 1993-cü ildə icra başçısı vəzifəsindən getdiniz. Siz könüllü getdiniz, yoxsa mübarizə apardınız?

- Mən həmin vaxt müşavirə keçirdim. Mənə xəbər göndərdilər ki, Sürətrtin tərəfinə keçim, heç bir problem olmayacaq. Mən bununla razılaşmadım.

O vaxt onun bayrağının hansı bayraq olduğunu bilmirdim. Elə axırda da zaman göstərdi. Mən onun bayrağının altından keçə bilməzdim. Goranboyda elə qüvvələr var idi ki, sonradan hakimiyyətə gəldilər.

Sonradan həmin qüvvələr Surətə demişdilər ki, Maşallahın başını gətirəcəyik. Həmin vaxt icra hakimiyyətinə basqın oldu. Bu gün də həmin güllə yerləri durur. O zaman qardaşım oğlu belindən aldığı güllə yarasına görə əlil oldu. Bu gün də o əlilliyə görə penisya ala bilmir.

O zaman mənə çox yerdən zəng etdilər. Hətta Əli Kərimov da mənimlə əlaqə saxladı. Dedi ki, özünü qoru. O vaxt İsgəndər istefa vermişdi. Sərdar Həmidov və başqa rayonlardan Goranboyu müdafiə etmək üçün gəlmişdilər. Çox böyük qırğın ola bilərdi. Allah gözəl Allahdı. Sonradan bilindi ki, kim nə qədər vətənpərvərdi? Mənim orada bir cinayətim oldu. O vaxt mənə və Məhəmməd Həsənova Milli Qəhrəman adı verilmişdi. Mən başçı olduqdan sonra Nəcməddin Sadıqov gəldi yanıma. Məndən xahiş etdi ki, Əbülfəz müəllimdən Rasim Əkbərova də Milli Qəhrəman adının veriilməsini xahiş edim. Mən çox götür-qoy etdim və Elçibəyə zəng etdim. O dedi ki, onun haqda xoşagəlməz sözlər deyirlər. Mən şayiə olduğunu dedim. Elçibəy də məni çox istəyirdi, həmişə könlümü alırdı. Mənə dedi ki , əgər sən inanırsansa, onda get Rasimi təbrik elə.

Mənim cinayətim oradan başladı. Ondan sonra goranboyluların zülmü başladı. Allah Ulu öndər Heydər Əliyevə rəhmət eləsin. Goranboyluların qisasını aldı. Amma Allahımız var. Ermənidən də, Rasimdən də qisasımızı alacağıq.

Mənim evimə, ailəmə güllə atıldı. Mənim bir oğlum var idi. Müalicə alırdı. O öldü. Daha sonra yoldaşımda həyatını dəyişdi. Hamısı Rasimglin mənə təzyiqinin ucbatından. Qohum-qardaş deyirdi ki, buralardan get. Ancaq mən getmək istəmirdim. Bir insanın evinə nə qədər güllə atılardı? Bu gün Vətən xaini olanın daş karxanası, milyardları var. Ancaq Məhəmməd Həsənovla, mənim heç nəyimiz yoxdu. Bizdə dağları öz aralarında alışma ediblər. Dünyamız düzəlmir.

- Sizin icra hakimiyyətindən getməyiniz necə oldu?

- O vaxt binanı güllələdilər. Bu zaman Əli Kərimov zəng edib vəziyyyəti soruşdu. Orada olan prosesi izah etdiim. O isə bildirdi ki, qarşıdurmaya ehtiyac yoxdur. Biz binanın arxa tərəfindən çıxdıq. Sonradan bizim harada olduğumuz bildilər. Ancaq ora gələ bilməzdilər. Çünki o zaman vəziyyət dəyişə bilərdi.

- Sizdən sonra 4-5 nəfər icra başçısı olub. Onlarla münasibətiniz necə oldu?

- Mənim onlarla münasibətim həmişə yaxşı olub. Bu gün nə Məhəmməd Həsənov, nə də məni hər hansı bir tədbirlərinə çağırmırlar. Ancaq salam, sağol deyirlər. Heç məni müəllim kimi işləməyə də qoymadılar. Tank kimi oğlan olmuşam. Heç bir qayğı, yaxşı bir münasibət görmürük. Dolanırıq birtəhər. Həyətimiz var.

- Bəs Sürət Hüseynovla görüşmüsünüzmü sonralar?

- Mən Vətənə xəyanət edənlərlə heç zaman görüşmürəm.

 

Ulduz İBRAHİMOVA

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Amerikalı konqresmenlər Qarabağdakı “seçkilər”ə öz nümayəndələrini göndərir 19 Fevral 2020, 14:15 Dairə Seçki Komissiyasının sədri komaya düşdü 19 Fevral 2020, 14:14 Tovuzda təkərin partlaması ölümlə nəticələndi 19 Fevral 2020, 14:03 Türkiyə hər an əməliyyatlara başlaya bilər - Ərdoğan açıqladı 19 Fevral 2020, 13:54 Azərbaycanlı deputat gürcü politoloqun təxribatına CAVAB VERDİ 19 Fevral 2020, 13:48 Müdafiə Nazirliyi Xocalı tədbirləri keçirəcək 19 Fevral 2020, 13:41 Bakıda 40-a yaxın sərnişini soyan şəxs tutuldu 19 Fevral 2020, 13:37 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qanunsuz tikilən evlər SƏNƏDLƏŞDİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibbdə inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42 BMU-nun tələbəsi Almaniyanın Koblenz Universitetinə təcrübə keçəcək   19 Fevral 2020, 12:35 Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - FOTO 19 Fevral 2020, 12:29 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib - FOTO 19 Fevral 2020, 12:22 PA-nın şöbə müdiri parlament seçkilərindən yazdı: “Geriyə dönmək artıq mümkün deyil” 19 Fevral 2020, 12:15 Nailə Mirməmmədliyə BDU-da vəzifə verildi 19 Fevral 2020, 12:08 Gəncədə müzakirələr: Regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi - FOTOLAR         19 Fevral 2020, 12:02 Prezident Administrasiyasına bu məhkəmələrdən şikayətlər artıb - SİYAHI 19 Fevral 2020, 11:56 Məktəblilərə siqaret satanlar cərimələndi 19 Fevral 2020, 11:50 Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var 19 Fevral 2020, 11:44 Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq - YENİLİKLƏR 19 Fevral 2020, 11:38 Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək 19 Fevral 2020, 11:32 “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması çətin məsələ deyil” - MÖVQE 19 Fevral 2020, 11:31 Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var 19 Fevral 2020, 11:28 Polis 25 cinayətin üstünü açdı 19 Fevral 2020, 11:22 Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirliklər - TAM SİYAHI 19 Fevral 2020, 11:15 Almaniya səfiri: “Azərbaycanla ortaq mədəniyyət mərkəzləri yaradılacaq” - VİDEOMÜSAHİBƏ 19 Fevral 2020, 11:08 “BakuBus”ın sürücüsü  noutbuku sahibinə qaytardı 19 Fevral 2020, 11:02 Şagirdlər arasında V İngilis dili olimpiadası keçiriləcək 19 Fevral 2020, 10:56 Koreyada oxumaq istəyənlərin nəzərinə 19 Fevral 2020, 10:50 BTA-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri Goranboyda olub 19 Fevral 2020, 10:45 Prezidentə daha çox müraciət edən “MİRZƏLƏR”  19 Fevral 2020, 10:40 Sahibkarlar mallarını icbari sığorta etdirsinlər - TƏKLİF 19 Fevral 2020, 10:34