Modern.az

Ağasəlim Abdullayev: “Min il keçsə belə, onu bağışlamaram, Allaha tapşırıram”

Ağasəlim Abdullayev: “Min il keçsə belə, onu bağışlamaram, Allaha tapşırıram”

Təhsil

4 Sentyabr 2014, 16:43


“Prokurorun qərarı ilə tamamilə razıyam. İstəyim də bu idi. Çox razıyam ki, prokuror Cinayət Məcəlləsində nəzərdə tutulan ən yüksək cəzanı istəyib”. Bunu Modern.az-a xalq artisti, tarzən Ağasəlim Abdullayev ailə üzvlərinin ölümünə səbəb olan Xalid Mədətova prokuror tərəfindən 12 il cəza istənilməsinə münasibət bildirərəkən söyləyib.

Son məqamda “onu bağışlaya bilərsinizmi” sualını xalq artisti belə cavablandırıb: “Min il keçsə belə mən onu bağışlamaram. Onu Allah bağışlasın. Bu işə görə prezident onun atasını belə, işdən azad edibsə, mən niyə onu bağışlayım?

İçkili şəkildə ailəmə təcavüz edib, bizi param-parça edibsə, mən onu necə bağışlayım? Onu Allaha tapşırıram, Allah onu bağışlasın. Dövlət var, qanun var, cəzasını çəksin. İşə prezident İlham Əliyev birbaşa nəzarət etdiyindən lazımi cəzasını alacağına əmin idim”.

Qeyd edək ki, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini idarə edərkən onu xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”-a çırpıb. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - xalq artistinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinə tövsiyyə olunub.

Həmçinin qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəis müavini vəzifəsindən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır