Modern.az

Suriyada keçən il 76 min adam ölüb

Suriyada keçən il 76 min adam ölüb

Təhsil

2 Yanvar 2015, 17:34



2014-cü ildə Suriyada dörd illik münqişə tarixində ən çox adam həlak olub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Suriyanın müxalif hüquq müdafiə təşkilatları xəbər verib. Məlumatda qeyd edilir ki, 76 mindən çox insanın həlak olduğu 2014-cü il ölkədəki vətəndaş müharibəsi tarixində ən böyük itkidir. Həlak olanların hər dörd nəfərindən biri mülki vətəndaş olub. Onların 3500-ü uşaq və təxminən 2 mini qadındır.
il Suriyada hökumətyönlü ordunun və tərəfdarlarının 22600 əsgəri öldürülüb. “İraq Şam İslam Dövləti” və “Əl-Nusra Cəbhəsi” kimi ekstremist qruplaşmalar 17 minə qədər yaraqlısını itirib.
Ümumilikdə, 4 illik vətəndaş müharibəsində Suriyada həlak olanların sayının ən az 200 min nəfər olduğu bildirilir.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı