Modern.az

Uşağı diri-diri basdırdılar

Uşağı diri-diri basdırdılar

Təhsil

13 May 2015, 17:53



Çində yeni doğulan bir körpə torpağın altından 8 gün sonra canlı çıxarılıb. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ailəsi tərəfindən canlı basdırılan oğlan uşağının həyatda qalma hekayəsi sanki bir möcüzədir.

Körpə kiçik karton bir qutu içində torpağın altında 8 gün boyunca qalıb. Yeni doğulan uşağın o qədər zaman aç, hətta susuz yaşaya bilməsi inanılar kimi deyil. Körpənin susuzluqdan ölməməsinin səbəbi isə torpağın altına keçən az miqdardakı yağış suları olub.

Doğulduğu andan talesizliklə üzləşən körpənin tapılması isə sanki ayrı bir möcüzədir. Meşəlik sahədə ot toplamaya çıxan bir qadın körpənin ağlamasını eşitdikdən sonra qaçaraq bir Budist məbədinə gedib və  bir rahiblə körpənin olduğu yerə gəlib. Bundan sonra körpə torpağın altından çıxarılıb.

Dodağı yarıq bir şəkildə dünyaya gəldiyi üçün ailəsinin tərk etdiyi körpənin sağlamlıq vəziyyəti bu an üçün yaxşıdır. Hadisə ilə əlaqədar aralarında körpənin nənəsinin də olduğu bir neçə qohum və ana-atası  həbs olunsa da, dəlil çatışmazlığı səbəbi ilə sərbəst buraxılıblar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı