Arxiv
12 Oktyabr 2009, 23:00 | TƏHSİL
Dağlıq Qarabağın azərbaycanlı icması da Türkiyəyə müraciət etdi

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi idarə heyətinin iclasında oktyabrın 10-da Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması, diplomatik əlaqələrin yaradılmasına dair protokolların imzalanması ilə bağlı Türkiyə ictimaiyyətinə müraciət qəbul olunub.
Müraciətdə deyilir: “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması protokolların imzalanması xəbərini dərin narahatlıqla qarşılamışdır. Biz Türkiyə Cümhuriyyətinin qonşu Ermənistanla öz tarixi problemlərinin həllinə və beləliklə də, bu ölkə ilə münasibətlərinin normallaşdırılmasına yönəlmiş səylərinin böyük əhəmiyyətə malik olduğunu anlayırıq. Lakin bununla yanaşı bildiririk ki, hazırkı şəraitdə Türkiyə və Ermənistan arasında sərhədlərin açılması həm Türkiyə, həm də ona yaxın olan qardaş Azərbaycan vətəndaşları üçün kəskin nəticələrə gətirib çıxara bilər.
Ermənistan tərəfindən zəbt olunmuş Azərbaycan ərazilərinin işğalının davam etdiyi bir vaxtda Türkiyənin Ermənistanla sərhədinin açılması Azərbaycan Respublikası Prezidentinin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə və sərhəd toxunuzmalığına hörmətlə yanaşmağa, işğal altında olan bütün ərazilərin boşaldılmasına və ordan qovulmuş azərbaycanlıların öz doğma yurd-yuvalarına geri qayıtmasına şərait yaratmağa məcbur etməyə yönəlmiş səylərinə böyük zərər vuracaqdır.
İşğalın davam etdiyi indiki halda Türkiyənin Ermənistana qapısını açması, bu ölkə ilə iqtisadi əlaqələr yaradıb orada sərmayə yatırımı həyata keçirməsi onu işğalçı siyasətini davam etdirməyə təşviq edəcəkdir.
Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafdakı yeddi rayon işğal olunmuşdur. Neçə illərdir ki, həmin rayonların sakinləri olan azərbaycanlılar, o cümlədən biz - Dağlıq Qarabağ azərbaycanlıları öz doğma torpaqlarımıza qayıda bilmirik. Bu illər ərzində torpaqlarımız və evlərimiz ermənilər tərəfindən istismar və talan olunur. Biz öz doğma yurd-yuvalarımıza qayıtmaq istəyirik. Dağlıq Qarabağın hüquqi statusu yalnız bölgənin azərbaycanlı icması geri qayıtdıqdan sonra beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməlidir. İşğal bitmədiyi halda Türkiyənin sərhədlərini Ermənistanın üzünə açması biz azərbaycanlıların Dağlıq Qarabağ və ətraf rayonlara qayıtmasına əngəl törədəcəkdir.
Azərbaycan ərazilərinin işğaldan azad olunması və didərgin düşmüş bütün azərbaycanlıların, o cümlədən bizim Dağlıq Qarabağ da daxil olmaqla öz torpaqlarımıza qayıtmağımız naminə sizə üz tutub müraciət edirik ki, Türkiyə sərhədlərinin Ermənistanın üzünə açılmasına və işğalçının haqsız təşviq edilməsinə yol verməyəsiniz.
Türkiyənin Ermənistan ilə əlaqələrinin normallaşdırılmasına yönəlmiş səyləri Ermənistanın Azərbaycana qarşı işğalı bitməyincə uğurla nəticələnə bilməz. Regionda Türkiyənin marağında olduğu sülh və təhlükəsizliyin bərpa edilməsi Ermənistan ilə Azərbaycan arasında olan münaqişənin həllindən bilavasitə asılıdır.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən zorla qovulmuş azərbaycanlıların icması inanır ki, Türkiyə və Azərbaycan dostluğu əbədidir, regionun gələcəyi məhz iki qardaş ölkənin qarşılıqlı əməkdaşlığından asılıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abşeronda yol qəzası - xəsarət alanlar var - FOTO 22 Yanvar 2021, 01:03 Şahbuzda zəlzələ oldu 22 Yanvar 2021, 00:51 Co Bayden Rusiya ilə raket müqaviləsini uzadacaq 22 Yanvar 2021, 00:46 Rusiya diplomatı arzuolunmaz şəxs elan edildi 22 Yanvar 2021, 00:32 Argentinalı hücumçu koronavirusa yoluxdu - FOTO 22 Yanvar 2021, 00:17 İtaliya polisi mafiyanın 50 üzvünü həbs etdi 22 Yanvar 2021, 00:03 Türkiyədən Azərbaycanla Türkmənistan arasındakı memoranduma REAKSİYA 21 Yanvar 2021, 23:50 Koronavirus xəstəsi itkin düşüb - FOTO 21 Yanvar 2021, 23:36 “Pandemiya əsrin fəlakətidir” - Merkel 21 Yanvar 2021, 23:23 Nazirlər üçtərəfli bəyanatı müzakirə etdi 21 Yanvar 2021, 23:14 Goranboy sakini dəm qazından zəhərləndi 21 Yanvar 2021, 23:01 “Beşiktaş” qalib gəldi, “Fənərbaxça” xal itirdi 21 Yanvar 2021, 22:49 Teledərslərin yanvarın 22-nə olan CƏDVƏLİ 21 Yanvar 2021, 22:36 Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı 21 Yanvar 2021, 22:24 Bakıda qadın itkin düşdü - FOTO 21 Yanvar 2021, 22:16 Azərbaycan və Türkmənistan XİN rəhbərləri müzakirələr apardı 21 Yanvar 2021, 22:07 Türkiyədə daha 153 nəfər koronavirusdan öldü 21 Yanvar 2021, 21:57 Goranboyda iki maşın toqquşdu - yaralananlar var 21 Yanvar 2021, 21:43 Ceyhun Bayramov Türkmənistan prezidenti ilə görüşdü 21 Yanvar 2021, 21:31 Komitə sədri qazilərlə görüşdü - FOTO 21 Yanvar 2021, 21:27 Daha bir əsgərimiz minaya düşərək şəhid oldu - FOTO 21 Yanvar 2021, 21:16 Azərbaycanda jurnalist qətlə yetirildi - FOTO 21 Yanvar 2021, 21:02 İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər sürətlənib 21 Yanvar 2021, 20:58 Çinin ABŞ-dakı səfirliyinin tvitter səhifəsi bağlandı 21 Yanvar 2021, 20:47 Qazaxıstanın Azərbaycan pomidoruna qoyduğu qadağa araşdırılır 21 Yanvar 2021, 20:38 Zombi general Manvel Qriqoryan qəbirdən “çıxdı” - VİDEO 21 Yanvar 2021, 20:30 “Neftçi” və “Qarabağ” səfərdə qələbə qazanıb 21 Yanvar 2021, 20:22 Microsoft Azərbaycanın distant tədris təcrübəsindən YAZDI 21 Yanvar 2021, 20:15 Xarkovda qocalar evi yandı - 15 nəfər öldü 21 Yanvar 2021, 20:07 Baş nazir qərar verdi 21 Yanvar 2021, 20:00 Bakıda ev yanır 21 Yanvar 2021, 19:54 Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir 21 Yanvar 2021, 19:47 Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırladı 21 Yanvar 2021, 19:40 Çavuşoğlu sabah NATO Baş katibi ilə görüşəcək 21 Yanvar 2021, 19:33 Əli Əsədov Türkiyəyə dəvət olundu 21 Yanvar 2021, 19:24