Modern.az Milli Qəhrəmanın adının əbədiləşdirilməsi üçün görülən işləri təqdim edir:
1. “Palmali” Şirkətlər qrupu özünün yük tankerlərindən birinə Mübariz İbrahimovun adını verib.
2. “İstiqlal” snayper tüfəngləri ailəsindən 12,7 mm çaplı ikinci tüfəng onun şərəfinə “Mübariz” adlandırılıb.
3. Biləsuvar şəhərində yeni lisey-məktəb kompleksi onun adını daşıyır.
4. “Era” pradakşn qəhrəman gizirə aid “Mübariz” filmini çəkib.
5. Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub.
Haqqında yazılan kitablar:
Mustafa Çəmənli - “Mübariz” romanı
Elxan Elatlı - “Qisas gecəsi” romanı
Maarif Köçkün - “Mübariz cəsarəti” romanı
Baxşeyiş Abbasoğlunun - “Ölüm son deyil... və yaxud əbədiyyət nəğməsi” romanı
Çingiz Qacar - “Turan bahaduru”
Zaur Ustac “Oriyentir Ulduzu”.
Türkiyə, İran, Rusiya, Gürcüstan kimi ölkələrdə isə haqında müəyyən materiallar hazırlanıb. Türkiyənin “Sakarya Fırat” adlı məşhur serialında barəsində çox xoş sözlər deyilib, qəhrəmanlığından danışılıb.
Rusiyanın prezidenti Vladimir Putin onu Rembo adlandırıb. Qonşu İranda isə haqqında 5 dəqiqəlik epizodik film çəkilib.
Elmin NURİ