Modern.az

Türkiyədən ABŞ-a İŞİD iradı

 Türkiyədən ABŞ-a İŞİD iradı

8 Avqust 2015, 00:33


Modern.az Türkiyə KİV-inə istimadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Barak Obamanın "Türkiyənin hədəfinin İŞİD olmalıdır" sözlərinə reaksiya verib.

Nazirliyin sözçüsü Tanju Bilgiç Obamanın açıqlamalarının bir-birinə zidd olduğunu bildirib: "Obama Türkiyənin PKK-ya qarşı apardığı əməliyyatları qanuni haqqı olduğunu deyir, daha sonra isə terror təşkilatının bombalanmasını, kürdlərin bombalanması kimi xarakterizə edir. PKK hər şeydən əvvəl biz və ABŞ üçün bir terror təşkilatıdır. Terror təşkilatları arasında fərq qoymaq düzgün deyil".


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!