Modern.az

FIFA Türkiyə-Ermənistan matçında Azərbaycan bayrağına qadağa qoydu

FIFA Türkiyə-Ermənistan matçında Azərbaycan bayrağına qadağa qoydu

14 Oktyabr 2009, 16:14

FIFA bu axşam keçiriləcək Türkiyə-Ermənistan matçında Bursa stadionuna Azərbaycan bayrağı gətiriləsinə qadağa qoydu.
Məsələ ilə əlaqədar olaraq Türkiyə Futbol Federasiyası Başqanı Mahmud Özgener "Hüriyyət" qəzetinə bunları bildirib: "Bəli bu qərar verildi. Bundan da aydın olur ki, FIFA, futbola siyasətin qarışmasına qətiliklə icazə vermir. Buna nümunə olaraq Misirdə davam edən U-19 çempionatından bir nümunə göstərə bilərik. Oynanan bir qarşılaşmada Birləşmiş Ərəb Əmrlikləri başçısının posteri açılınca FIFA anındaca vəziyyətə müdaxilə etdi və posteri endirtdi".

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?