Modern.az

Vaşinqton İŞİD-in üzərinə qoşun göndərməlidir - AMERİKALI GENERAL

  Vaşinqton İŞİD-in üzərinə qoşun göndərməlidir     -  AMERİKALI GENERAL

13 Avqust 2015, 22:32

 

Modern.az xəbər verir ki, ABŞ Quru Qoşunlarının Qərargah rəisi Reymond Odierno deyib ki, Bağdad yaxın günlərdə İŞİD-ə qarşı savaşda uğur əldə etməsə, Vaşinqton öz qoşunlarının bura göndərilməsi ilə bağlı yenidən düşünməlidir.

Reymon Odiernonun cümə günü 60 yaşı tamam olur. O məhz həmin gün öz vəzifəsini tərk edəcək. Odierno 2008-2010-cu illərdə İraqdakı beynəlxalq koalisiya qüvvələrinin komandanı olub.

Onun rəhbərlik etdiyi 4-cü piyada diviziyası İraqın keçmiş prezidenti Səddam Hüseynin tapılmasında mühüm rol oynayıb. Odiernonu məşhur edən başqa bir məqam isə onun kürd separatçıları ilə həddən artıq yaxınlığı və İraqdakı türk əsgərlərinin başına çuval keçirərək, onları həbs etməsi olub.

Hazırda İraqda ABŞ-ın 4500 hərbçisi var. Onların böyük əksəriyyəti məsləhətçi və instruktorlardan ibarətdir. (Axar.az)

Modern.az

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi