Modern.az

Ər yeməyini gec gətirən arvadını boşadı

Ər yeməyini gec gətirən arvadını boşadı

Dünya

14 Avqust 2015, 12:49

Nigeriyada bir kişi yeməyini geç gətirən həyat yoldaşından boşanıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Lagos əyalətinin İkorudu şəhərində baxılan iddiada, yeməyini zamanında gətirmədiyindən şikayət etdiyi həyat yoldaşından boşanmaq istəyən əri məhkəmə haqlı sayıb. Məlumatda qeyd edilir ki, 57 yaşındakı ər, yeməklərinin zamanında gətirilmədiyi səbəbi ilə boşanma iddiası qaldırıb.

  Kişi məhkəmədə “arvadım qadınlıq vəzifəsinə laqeyd yanaşıb” deyərək boşanma müraciəti elan edib: “Özünə bir çox dəfə xəbərdar etdim. Məni aç buraxacaq bir qadınla evli qalmamın bir mənasını görə bilmirəm”. 25 il evli olan ərin boşanmaq üçün təqdim etdiyi səbəbi rədd edən arvad günahlandırmaları əsassız sayaraq, həyat yoldaşının əslində başqa bir qadınla evlənmək istədiyini söyləyib. Məhkəmə sədri Olu Abediyi isə cütlər arasında orta yolu tapma səyi nəticə verməyincə, çarəni cütlüyü boşamaqda tapıb.  

Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır