Modern.az

Obamanı öldürməyə hazırlaşan Özbəkistan vətəndaşı tutulub

Obamanı öldürməyə hazırlaşan Özbəkistan vətəndaşı tutulub

15 Avqust 2015, 10:26

Nyu-Yorkda yaşayan Özbəkistan vətəndaşı Abdurasul Curabayev terrorçuylara görə müharibə aparmaq niyyətində olduğuna görə 15 il azadlıqdan məhrum edilə bilər.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, gənc özbək terror təşkilatı İraq-Şam İslam Dövlətinə (İŞİD) simpatiyasını gizlətmir və məhkəmədə etiraf edib ki, ABŞ prezidenti Barak Obamanı öldürmək istəyib.

“Aydındır ki, Abdurasul Curaboyev İŞİD-ə maddi dəstək vermək və Suriyada vuruşmaq  istəyib, əgər bu planı yerinə yetirməsəydi onu bu təşkilata cəlb edənlərə saytlardan birində ya ABŞ prezidentini öldürəcəyini, ya da Koni-Aylenddə terror aktı törədəcəyini vəd edib”, - polis komissarı Uilyam Bratton bəyan edib.

Curaboyevlə birgə 19 yaşlı Axror Saydahmetov və 30 yaşlı Abror Qabibov da tutulublar. İstintaqdan verilən məlumata görə, onlar İŞİD-in sıralarına qoşulmaq üçün ABŞ-dan Türkiyəyə gedib Suriyaya keçməli idilər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır