Arxiv
10 mart 2019, 03:22 | MƏDƏNİYYƏT
Əli Həsənov üçün xüsusi tarix - 10 MART

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov üçün bu günün özəl anlamı var. 

Modern.az saytı xəbər verir ki, Əli Həsənov  martın 10-da növbəti ad gününü qeyd edir. Onun 59 yaşı tamam olur.

Əli Məhəmmədəli oğlu Həsənov 1960-cı ilin martın 10-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Əli Həsənov Azərbaycanın eks-prezidenti, mərhum Heydər Əliyevin SSRİ dönəmində respublikaya rəhbərliyi zamanı Moskvaya ali təhsil almağa göndərdiyi əlaçı tələbə kontingentinin tərkibində olub. Dostlarının xatırlamasına görə, Bakı Dövlət Unversitetində əlaçı tələbə olan Ə.Həsənov ictimai fəallığı ilə də seçilib. İkinci kursda oxuyarkən tələbə olmasına baxmayaraq, öz təşəbbüsü ilə arxeoloji ekspedisiya təşkil edilməsinə nail olaraq, ona rəhbərlik edib. Naxçıvanın ərazisində yerləşən Qazma mağarasının abidələrinin aşkar edilməsi və öyrənilməsi onun adı ilə bağlıdır.


SSRİ-nin nüfuzlu ali məktəbi sayılan Moskva Dövlət Unversitetinin Tarix fakültəsini bitirən Ə.Həsənov tarix elmləri doktorudur. Moskvada dissertasiya işini vaxtından xeyli əvvəl başa vuran cənab Həsənov elmi iş müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Onun SSRİ-də milli məsələnin tədqiqinə həsr olunmuş dissertasiya işi sovet dövlətinin yeritdiyi milli siyasətin əsl mahiyyətinin ortalığa qoyulduğu ilk tədqiqat işlərindən biri olub.

1990-cı ilin qanlı yanvar hadisələri və ondan sonrakı informasiya blokadası dövründə Moskvada geniş fəaliyyət göstərən azərbaycanlı ziyalıların ən fəal nümayəndələrindən biri olan Əli Həsənov Bakıda törədilmiş qanlı cinayətə qarşı 1990-cı il yanvarın 21-22-də vüsət alan Ümummoskva hərəkatının ön sıralarında olub.

Azərbaycanda onun əmək fəaliyyəti 1992-ci ildə Naxçıvan Dövlət Universitetindən başlanıb. Həmin il ali məktəbin tədris şöbəsinə inspektor təyin olunan Ə.Həsənov 1993-cü ilə qədər burada çalışıb. Daha sonra siyasi proseslərə qatılan Ə.Həsənov Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının fəal təşkilatçılarından olub. Partiya işindəki fəal iştirakı onu diqqətdən kənarda qoymur. 1993-cü ildə mərhum Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Ə.Həsənov partiya strukturlarında işləməyə çağrılır. O, 1994-95-ci illərdə  Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri təyin edilir. Bir il bu vəzifədə çalışdıqdan sonra Ə.Həsənov dövlət idarəçiliynə cəlb olunur. 1995-ci ilin sentyabrında hakim partiyada ideoloji işə cavabdeh olan Ə.Həsənov Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunur. O, 1996-cı ildən bu şöbəyə rəhbərlik edir.

2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlanır.

Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Əli Həsənov 1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH 22 Noyabr 2019, 10:43 Abşeronda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildi 22 Noyabr 2019, 10:36 Heydər Əliyev prospektində qəza tıxaca səbəb oldu - FOTO 22 Noyabr 2019, 10:31 Xəstəxanalarda vətəndaşlardan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ 22 Noyabr 2019, 10:25 Kapital Bank təltif edilib 22 Noyabr 2019, 10:19 Şahdağ milli parkında atla yürüş keçirilib - FOTO 22 Noyabr 2019, 10:17 Serj Sarkisyan Qarabağdakı evindən DANIŞDI 22 Noyabr 2019, 10:16 Deputatlarımız Moskvada keçirilən Foruma qatılacaq 22 Noyabr 2019, 10:15 Bakı-Quba yolunda ağır QƏZA - VİDEO 22 Noyabr 2019, 09:56 Nazirlər Kabineti ixtiralarla bağlı yeni qaydanı təsdiq etdi 22 Noyabr 2019, 09:52 Zəhərlənmiş tələbələrdən yeni XƏBƏR  22 Noyabr 2019, 09:29 Erməni snayperlər mövqelərimizi atəşə tutdu 22 Noyabr 2019, 09:25 Tələbələr bizə yad olan “suşi” kimi yeməklərdən istifadə edirlər” - Etibar Əliyev 22 Noyabr 2019, 09:20 Oqtay Gülalıyevdən yeni xəbər var - Komadan ayılma ehtimalı artıb 22 Noyabr 2019, 08:39 Moskvadakı Azərbaycan diasporu:  Səfirin pessimistliyi, soydaşlarımızın optimistliyi haradandır? 22 Noyabr 2019, 08:19 Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatır 22 Noyabr 2019, 00:52 Nadir mavi almaz 14,9 milyon dollara satıldı 22 Noyabr 2019, 00:32 Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı 22 Noyabr 2019, 00:15 Gəncədə məmur komaya düşdü 21 Noyabr 2019, 23:57 Azərbaycan nefti bahalaşdı 21 Noyabr 2019, 23:43 Ad gününüz mübarək, professor! 21 Noyabr 2019, 23:33 Mövludun mübarək, Həsən Məmmədov! 21 Noyabr 2019, 23:30 Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə edildi 21 Noyabr 2019, 23:19 "Ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb" - Mehriban Əliyeva 21 Noyabr 2019, 23:01 Qaladakı qəzada ölən bir ailənin dörd üzvü dəfn edilib - FOTO, VİDEO 21 Noyabr 2019, 22:46 Futbol Federasiyasının rəhbəri istefa verdi 21 Noyabr 2019, 22:29 İranda itkin düşən sabiq deputatın meyiti tapıldı 21 Noyabr 2019, 22:13 Biləcəridə 12 yaşlı qızı maşın vurdu 21 Noyabr 2019, 21:55 QHT-lərə xəbərdarlıq: Məlumatlandırma sessiyaları başlayır 21 Noyabr 2019, 21:39 Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində  - FOTO 21 Noyabr 2019, 21:17 “İmkan olacaqsa, Sumqayıt bulvarını genişləndirməliyik” - PREZİDENT 21 Noyabr 2019, 20:59 Bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 20:44 İlham Əliyev AXC-Müsavat dövründən danışdı: “Yalvarırdılar, mən bunun şahidiyəm” 21 Noyabr 2019, 20:29 Dadaş Dadaşlinskidən Elxan Məmmədova atmaca - VİDEO 21 Noyabr 2019, 20:16 “Erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər”  - İlham Əliyev, YENİLƏNİB     21 Noyabr 2019, 20:00