İnsanlar arasında dinə fərqli yanaşmalar mövcuddur. Dindən reklam kimi istifadə halları da çoxalır. “Mən namaz qılıramsa müqqədəsəm”, Məkkəyə pulu ilə gedib “hacı” olmuşsa da həmçinin...
Bu kimi anlayışlar da dinə saf inamlı olanlarla dindən isifadə edənlər arasında bir uçurum yarada bilər. Namazın saf və təmiz üsütünlüklərini ona layiq bir insanın daşıması təqdirəlayiq olardı. Namazın əleyhinə deyiləm. Amma namaz qılan insanın xarakteri namazda cəmləşən düzgünülüklərlə, dürüstlüklərlə üst-üstə düşməyəndə, dindən istifadə məqamı ortaya çıxır. İslam dini müqəddəs olduğu qədər də müstəqil və demokratik dindir. İslamı gözdən salmaq və ya məhv etmək istəyirsənsə, ondan sui-idtifadə et, yetər. Necə ki, Qərb ölkələri bu zəif tərəfimizdən özümüzə qarşı istifadə etdi və etməkdədir. Yalnız dini ədəbiyyat oxuyub dinə tapınanlara deyərdim ki, dünyəvi bilik və düşüncə olmadan tapınan dinin gözəlliyi bilinməz.
Dinin alətə çevrilməsi hər məqamda var. Yol boyu yaradılan pirlər və onların nəzir qutuları sadəcə kimlərinsə qazancına çevrilib. Bu din adına ən böyük rəzalətdir. Bu təkallahlığlı kölgədə qoymaq və bütpərəstliyə yol açamaqdan başqa bir şey deyil. Sui-istifadə haları təkcə namazla bitmir. Bu, elə müxtəlif titullarla da bağlıdır. “Hacı” və “kərbəlayi” kimi titul dayışıyıcılarına daşıdığı adın nə dərəcədə qiymətli olması o qədər də önəmli deyil. Önəmli olsa da, bu adlara layiq olmayanlar da çoxdur. Bu yaxınlarda “hacı” titullu meyxanaçı Ağamirzənin deyişməsinə qulaq asdım. Deyişmədə hacılığa yaraşmayan söyüşlər o qədər ifratlaşmışdı ki, bu zaman meyxananın xalq mədəniyyəti olduğunu deyənlərin ehtimalı da sıfıra endi. Qalmışdı hacılıq statusu.
Dini vasitə etmək olmaz. Çünki müsəlman dindən istifadə etməyi (yaxşı mənada) bacarmır. Amma xristianlar dinlərini sevdirə bildikləri halda, biz demokratik İslamın terrorla bir yerdə səslənməsinə göz yumduq. Səbəb dindən sui-istifadə məqamlarıdır...
Hicab bağlamağa gəldikdə isə bu, müqəddəslik imici yarada bilər. Amma bu dəb heç vaxt əxlaq, qeyrət rəmzi ola bilməz. Baxmayaraq ki, cəmiyyətimizdə hicab dəbindən əxlaq rəmzi kimi faydalananlar var. Bu qeyrət rəmzi olsaydı, iranlı qadınlar Naxçıvanda sərhədi keçən kimi çarşabı bir kənara atıb, mini yubkalarda “azadlıq deyə qışqırmazdı”. Yəni çarçab İslam rəmzi də ola bilməz. Çarşab bir ərəb geyimidir. İslama ərəblərin coğrafi tələbləri üzündən daxil olub. Kişilərin isifadə etdiyi fəs baş geyimi də yunanlardan gəlib. Bizans-ərəb müharibəsində ərəblər istidən qorunmaq üçün bu geyimdən istifadə ediblər. Bu geyimin də dinə aidiyyatı yoxdur. Düzdür, Qurani Kərimin Nur surəsində örtünməyin vacibliyindən danışılır. Bunu inkar etmək olmaz. Amma İslamdan istifadəyə gəldikdə bu dinin ərəbləşməsindən çox danışmaq olar. Yəni ərəblər Məhəmməd Peyğəmbərin (S.Ə.S) özgür hədislərinə öz ərəb maraqlarını, irqi kültürlərini sırımaqla, calamaqla İslamı ərəb səltənətinə çevirməyi başardılar.
Din bir mənəvi keyfiyyətdir. Bu dəyəri insanıların xarakteri özünəməxsus şəkilə salır. Bu xarakterlərin arasında pis ünsürlü xarakter də varsa, bu zaman din əsl dinlikdən çıxır. Müqayisəni ölkələrə şamil etsək, Türkiyə və İrandakı İslama baxın. Türklərin xarakteri İslamı dünyada sevdirdiyi halda, İrandakı İslam nifrətin mənbəyi imicini hələ də yaşatmaqdadır. Çünki İranda din vasitə, Türkiyədə isə mənəviyyat vəziyyətindədir.
Pirə inanmıram. Bu da dinsizlik anlamına gələ bilməz. Deyirlər pirlərə gedənlər Allahın sevimli bədəndələri olan insanlardır. Bu sevimli insanlardan biri həm mən, həm də sən ola bilərsən. Çünki bizimlə Tanrı arasında heç bir maneə yoxdur, niyə də Tanrıya dua etməklə sevimli bəndə olmayasan. Pirlərə inanmaq, ondan kömək diləmək, hətta onun divar daşlarını belə öpmək Tanrı qarşısında ən böyük günahlardan biridir. Allahə şərik qoşmaqdır. Şərik qoşmaq isə daha böyük günah hesab ounur. Tək Allahdan Peyğəmbər və Quran xatirinə kömək diləmək daha məqsəduyğun olardı. Din müxtəlif qəlblərdə qəliblərə dönüşə bilər.., amma Allahı, onun elçisi və sözü olan Qurani-Kərimi unutmaq olmaz.