Modern.az

“Çoxetnoslu”, “çoxmillətli” Azərbaycan...

“Çoxetnoslu”, “çoxmillətli” Azərbaycan...

Ölkə

15 Mart 2014, 16:46

AMEA Fəlsəfə, Sosiologiya  Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru,
dosent 

Azərbaycanın “çoxetnoslu dövlət” (irandilli, qafqaz­dilli, türkdilli), “çoxmillətli” Azərbaycan milləti olması ilə bağlı məsələlərdə dəqiqləşdirmə­lər aparmağa ciddi ehtiyac var. Əvvəlla, «çoxetnoslu» anlayışı dedikdə nə nəzərdə tutulur, buna aydınlıq gətirmək lazımdır. Doğrudur, Azərbaycanda türklərlə yanaşı, türk olmayan etnik qruplar da var, artıq neçə əsrlərdir birgə yaşayırlar. Biz etnik mənşəyi tarix elmində mübahisə obyekti olan ancaq bizim tərəfimizdən də türk hesab olunan xalqları (mannalılıar, albanlar və b.) nəzərə almadan belə deyə bilərik ki, ən azı 2500 ilə yaxındır türklər Azərbaycanda say çoxluğu və dövlət yaratmaq məsələsində həmişə əsas millət olmuşlar. Bunu, Dədə Qorqud boylarından tutmuş bir çox yerli və xarici mənbələr də təsdiq edirlər. Məsələn, 7-ci əsr ərəb mənbəsində Azərbaycanın bir türk olması və qədimdən burda türklərin yaşaması açıq şəkildə ifadə olunmuşdur. Həmin mülahizəni bir neçə əsr sonrakı fars mənbəsi də eynilə təsdiq edir. Biz burada xüsusilə ərəb və fars mənbələrini misal gətiririk ki, onlar türklərdən sonra bu bölgə ilə daha çox təmasda olublar.

Deməli, ən azı mübahisə doğurmayan 2500 illik bir dövrdə türklər Azərbaycanın əsas yaşayanları olublar. Bunun məhz belə olmasını eramızdan əvvəl yaranamış Skif çarlığı, Aran çarlığı, Xəzər çarlığı, bizim eramızda yaranmış Sacilər, yenidən Xəzər imperiyası, Sacilər, Şirvanşahlar, Azərbaycan Atabəyləri, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan türk xanlıq­ları, Qacarlar  və başqlarının varlığı da açıq şəkildə təsdiq edir.

Bu o deməkdir ki, «Azərbaycan çoxetnoslu ölkədir» anlayışı bu ərazidə sayca çoxluq təşkil edən türklərin azsaylı etnik qurplarla birgə yaşaması mənasında başa düşülməlidir. Yəni «Azərbaycan çoxetnoslu ölkədir» anlayışı bütün etnosların Azərbaycanda bərabər olması anlamını əks etdirmir. Ümumiyyətlə, «çoxetnoslu» anlayışının özünə sayı bir neçə mindən çox olmayan udinləri, buduqları, cekləri də sayca onlardan çox olan talışları, kürdləri, ləzgiləri, tatları da aid etmək olar. Ancaq ümumilikdə ölkə əhalisinin 90 faizə yaxınını təşkil edən türkləri say etibarilə nə udinlər, nə ceklər, nə talış­lar, nə ləzgilər, nə də ki tatlarla müqayisə etmək doğru olmazdı.

Deməli, «Azərbaycan çoxetnoslu ölkədir» anlayışındakı çoxetnosluluq sayca bərabərliyi deyil, sadəcə burada çoxluq təşkil edən türklərlə yanaşı, azsaylı etnik qrupların olmasını özündə əks etdirir. Çox maraqlıdır ki, bəzən «Azərbaycan çoxetnoslu ölkədir» anlayışı ilə yanaşı, «Azərbaycan çoxmillətli ölkədir» sözündən də istfiadə olunur. Halbuki «çoxmillətli» anlayışı «çoxetnoslu» sözü ilə müqayisədə daha ciddi məna kəsb edir. Çoxmillətli ölkə o deməkdir ki, Azərbaycanda türklərlə yanaşı, sayca ona bərabər başqa millətlər də yaşayır. Bu, doğru deyildir. Çünki bu ərazidə Azərbaycan türkləri ilə yanaşı, yalnız  azsaylı etnoslar və milli azlıqlar yaşayırlar. Millət və etnos arasında isə kəskin şəkildə fərq vardır. Hər bir etnosun millət olması üçün mühüm şərtlər vardır ki, həmin şərtlər daxilində yalnız Azərbaycan türkləri buna aiddirlər. Ancaq Azərbaycan türkləri bu dövlətdə digər azsaylı etnik qruplara və milli azlıqlara heç bir ayrı-seçkilik  qoymadığı üçün onların hamısının vahid Azərbaycan milləti adını daşıyır. Bu baxımdan, Azər­bay­canda çoxmillətli anlayışının heç birmənası yoxdur. Çünki Azərbaycandakı müxtəlif etnoslar birləşərək vahid Azərbaycan millətini (azərbaycanlı, azərbaycanlılıq) formalaşdırmışdır.

İkincisi, «Azərbaycan çoxmillətli ölkədir» dedikdə, burada yaşayan başqa millətlərin nümayəndələri-milli azlıqlar (rus, gürcü, ukraynalı və b.) nəzərdə tutulursa, bu da doğru deyildir. Çünki Azərbaycanda yaşayan rus, ukrayna, gürcü millətlərinin nümayəndələri milli azlıq təşkil edirlər və onlara görə, Azərbaycanı çoxmillətli adlandırmaq da yanlışdır. Örnək olaraq deyə bilərik ki, Azərbaycan unitar dövlətdir, çünki burada yaşayan əhalinin əksəriyyəti türklərdir. Ancaq İsevçrə konfederasiyadır, çünki burada almanlar və fransızlar bərabər şəkildə yaşayır və bu dövlətdə hər iki millətin dili, mədəniyyəti eyni şəkildə öz əksini tapmışdır. Eyni sözləri federasiya olan Rusiya haqında da demək olar. Əslində Azərbacyan unitar dövlət olduğu halda, onu çoxmillətli ölkə kimi qələmə vermək məntiqə uyğun gəlmir. Bu mənada, Azərbaycana münasibətdə «çoxetnoslu» anlayışının ciddi izaha ehtiyacı olduğu halda, «çoxmillətli» terminindən istifadə olunmasını isə qətiyyən doğru hesab etmirik.

Yeri gəlmişkən, bəzən «Azərbaycan xalqı» anlayşı ilə yanaşı, «azsaylı xalqlar» anlayışından da tez-tez istifadə olunur. Bundan belə nəticə çıxır ki, Azərbaycanda iki cür xalq var: 1) Azərbaycan xalqı; 2) azsaylı xalqlar.

Fikrimizcə, xalq anlayışının tərkibinə müxtəli etnoslar (çoxetnosluluğu vahid şəkildə ifadə etmək üçün) daxil olduğu üçün, yalnız Azərbaycan xalqı anlayışından istifadə olunmalı­dır. Əks təqdirdə belə çıxır ki, «Azərbaycan xalqı» dedikdə türklər nəzərdə tutulur, azsaylı xalqlar dedikdə isə türk olmayan etnoslar. Halbuki bir ölkədə işlədilən xalq anlayışına bütün etnoslar daxildilər. Yəni «Azərbaycan xalqı» anlayışının tərki­binə türklərlə yanaşı, türk olmayan azsaylı etnoslar (talışlar, ləzgidlər, tatlar, kürdlər və b.), eyni zamanda burada yaşayan milli azlıqlar (rus, gürcü və b.) aiddirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı