Modern.az

Yazıçı Afaq Məsud: “Jurnalımız bağlanıb, mərkəzimiz iflic vəziyyətinə düşüb”

Yazıçı Afaq Məsud: “Jurnalımız bağlanıb, mərkəzimiz iflic vəziyyətinə düşüb”

Ölkə

31 Avqust 2010, 17:57

 “Mən Azərbaycan kimi varlı bir dövlətin yazıçısı olaraq gedib xarici şirkətlərin qapısında dilənməyi artıq özümə rəva bilmirəm. Oturub gözləyirəm ki, rəhbərlik etdiyim Tərcümə Mərkəzi dağılmasın”. Bu sözləri Modern.az-a Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktoru, yazıçı Afaq Məsud deyib. O, son illər acınacaqlı dudruma düşən Tərcümə Mərkəzinin çətinliklərindən söz açıb.

Afaq Məsud bildirib ki, 1989-cu ildə Nazirlər Kabinetinin qərarı ilə yaradılan Tərcümə Mərkəzi və onun daimi nəşri olan “Xəzər” jurnalı öz fəaliyyəti ilə  həmişə səsli-küylü olub. ““Xəzər” jurnalı dünya ədəbiyyatçıları haqda yazılarla zəngin idi. Artıq mərkəzimizn bu yeganə nəşrinin də fəaliyyəti dayanıb”.
A.Məsudun sözlərinə görə, dövlət qayğısından kənarda qalan Tərcümə Mərkəzinə indiyədək bircə dəfə Prezident tərəfindən dotasiya ayrılıb:
“Mərkəz indi öz işcilərinə çox cüzi maaş verir. Tərcümə Mərkəzinin işi Azərbaycan ədəbiyyatını dünyaya təbliğ etməkdir. Bizim elə bir ədəbiyyatımız var ki, həqiqətən də dünyaya təbliğ olunasıdır. Lakin bunun üçün yaxşı maliyyə vəsaiti olan işlək bir mərkəz lazımdır. Bizim mərkəzin binası, işci qüvvəsi, potensialı var, ancaq maliyyəsi yoxdur, işimiz iflic halına düşüb”.

A.Məsud deyib ki, ona tez-tez sual verirlər ki, “siz hansı əsərin tərcüməsi ilə məşğulsunuz”.

“Mən cavab verirəm ki, biz hamımız o günü gözləyirik ki, əsl işimizlə məşğul olaq. Biz istəyirik ki, xarici kitabları tərcümə edib Azərbaycan oxucusuna çatdıraq. Bu gün biz çox acınacaqlı durum yaşayırıq.  Mən dəfələrlə xarici təşkilatlara ağız açmışam ki, qrant ala bilər. Qarsia, Markez, Kafka kimi yazıçıların kitablarını bizim kasıb mərkəz tərcümə edib. Axı nə qədər xarici təşkilatlara ağız açmaq olar..?”-deyə Tərcümə Mərkəzinin rəhbəri bildirib.

“Son iki ildə hansı xarici kitabı Azərbaycan dilinə tərcümə etmisiniz” sualına A.Məsud belə cavab verib: “Nəinki iki, heç üç ildə də tərcümə etməmişik”.

Vüqar Ağamalıoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı