"Birliyin Gücü - 2026" birgə hərbi təlimində 3500 nəfərdən çox şəxsi heyət iştirak edir".
Modern.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov "Birliyin Gücü - 2026" birgə hərbi təlimi ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ilk dəfə Azərbaycanda azad olunmuş ərazilərdə birgə genişmiqyaslı təlim keçirilir:
"Təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları iştirakçı qismində çıxış edir. Eyni zamanda, 9 ölkə müşahidəçi qismindədir".
"Təlimdə 3500-dən artıq şəxsi heyət, 130-dan artıq pilotsuz vasitə, 70-dən artıq zirehli texnika, 90-dan artıq artilleriya sistemi, 20-dən artıq aviasiya vasitəsi, 30-dan artıq REM/REK/RL sistemi, 10-dan çox HHM vasitəsi, 8 dəst mühəndis texnikası, 20-dən çox vahid dəniz vasitələri iştirak edir", - A.Eyvazov vurğulayıb.