Modern.az

ABŞ-ın ən varlı prezidentlərinin yeni siyahısı açıqlanıb

ABŞ-ın ən varlı prezidentlərinin yeni siyahısı açıqlanıb

Təhsil

24 Fevral 2011, 12:53

Amerkanın məşhur “Wall Street” saytı bu ölkənin eks-prezidentlərinin sərvətləri ilə bağlı araşdırma aparıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ABŞ-ın hazırki prezidenti Barak Obama 5 milyon dollarlıq sərvətə malikdir. O, bu göstərici ilə eks-prezidentlər arasında xeyli geriləyərək 25-ci olub.

Reytinq siyahısında  I yeri 1 mlrd. dollarlıq kapitalla eks-prezident Con Kennedi, II yeri ondan xeyli geridə qalan ilk prezident Corc Vaşinqton tutub. Onun sərvəti isə 525 milyon dollar təşkil edir. Bu siyahıda ABŞ-ın ən zəngin III prezidenti 212 milyon dollar sərvəti olan Tomas Ruzvelt seçilib. 44 nəfərlik siyahıda digər məşhur prezidentlərin də adları yer alıb.

Məlumatda qeyd edilib ki, eks-prezidentlərin sahib olduqları sərvətin çox hissəsi onlara ailələrindən qalıb. Digərləri isə prezident postunu tərk etdikdən sonra yazdıqları kitablar və iştirak etdikləri seminarlardan da böyük sərvət əladə ediblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı