Modern.az

Ramiz Mehdiyevin rəhbərliyi altında yeni komissiya yaradıldı

Ramiz Mehdiyevin rəhbərliyi altında yeni komissiya yaradıldı

Təhsil

11 İyul 2011, 20:01

Prezident İlham Əliyev  2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Strategiyanın hazırlanması ilə bağlı aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

                     Dövlət Komissiyasının sədri

Ramiz Mehdiyev

–

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

 

                     Dövlət Komissiyasının üzvləri

Elçin Əfəndiyev

–

Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Misir Mərdanov

–

Azərbaycan Respublikasının təhsil naziri

 

Samir Şərifov

–

Azərbaycan Respublikasının maliyyə naziri

 

Əli Abbasov

–

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri

 

Elman Rüstəmov

–

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

 

Məleykə Abbaszadə

–

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri

 

Şahmar Mövsümov

–

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru

 

Fatma Abdullazadə

–

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

 

İsmayıl Sadıqov

–

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri

 

Dövlət Komissiyası “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Modern.az

Sizə yeni x var
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər