Modern.az

Səfirlik 13 yaşlı qızın ölümü ilə bağlı açıqlama yaydı

Səfirlik 13 yaşlı qızın ölümü ilə bağlı açıqlama yaydı

Təhsil

15 İyul 2011, 12:40

Tovuz rayonunda 13 yaşlı Aygün Şahmalıyevanın faciəli ölümü ilə bağlı Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Hulusi Kılıç açıqlama verib.

O qeyd edib ki, Tovuz rayonunda 13 yaşlı Aygün Şahmalıyevanın çaya atılan içinə partlayıcı qurğu quraşdırılmış oyuncağın partlaması nəticəsində ölümündən böyük kədər hissi keçirir. Bu qeyri-insani davranışı hiddətlə qınayır.

“Aygün qızımızın kədərli ailəsinə başsağlığı verir və səbr diləyirəm. Allah rəhmət eləsin”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər