Modern.az

9 illik təhsildən kolleclərə hələlik 19544 abituriyent ərizə verib

9 illik təhsildən kolleclərə hələlik 19544 abituriyent ərizə verib

Təhsil

29 İyul 2011, 12:48

2011-ci il avqustun 10-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır. Ərizələrin qəbulu internet vasitəsilə iyulun 5-dən etibarən aparılır. Qəbul haqqında elan, qəbul qaydaları, qəbul aparılan ixtisasların siyahısı, müsabiqə şərtləri və digər məlumatlar “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a bildirilib qəbul imtahanının 2011-ci il avqustun 28-də keçirilməsi nəzərdə tutulub.

Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödəniş­li olan 12-dək ixtisas kodunu seçə bilər. Abituriyentlər internetlə elektron ərizə formasını doldurduqdan sonra tələb olunan sənədlərini müvafiq SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

29 iyul saat 10:00-dək 19544  orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün ərizəsini təsdiq etdirib.

Cari ildə (9 illik) təhsil bazasından 46 orta ixtisas təhsili müəssisəsində  ayrılan plan yerlərinin sayı 9642-dir.  Azərbaycan bölməsi üzrə 8449, rus bölməsi üzrə 312, birgə müsabiqə üzrə 881 plan yeri ayrılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər