Modern.az

Barak Obamanın xalası siyasi sığınacaq istəyir

Barak Obamanın xalası siyasi sığınacaq istəyir

Təhsil

4 Fevral 2010, 11:19

ABŞ prezidenti Barak Obamanın Keniyadan olan xalası Zeytun Onyanqo bu gün növbəti dəfə siyasi sığınacaq almağa cəhd edəcək. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Onyanqo birinci dəfə siyasi sığınacaq almaq üçün 2004-cü ildə ABŞ –ın miqrasiya hakimiyyətinə müraciət edib. İlk müraciətdə rədd cavabı alan prezidentin xalası ölkə ərazisindən çıxarılmalı idi, lakin o, Amerika ərazisində qeyri-leqal vəziyyətdə yaşamaqda davam edib. Zeytun Onyanqonun qeyri-leqal statusu 2008-ci il prezident seçkilərindən bir qədər əvvəl məlum olub. Obama bəyan edib ki, xalasının ölkə ərazisində qanunsuz yaşamasına dair məlumatlı deyil və müvafiq qanunvericiliyə əməl olunması vacibliyini bildirib.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?