Modern.az

Sabahdan imtahan materiallarının emalına başlanılacaq - DİM

Sabahdan imtahan materiallarının emalına başlanılacaq - DİM

Təhsil

11 Fevral 2024, 15:35

Fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

 

Bu gün saat 16:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar