“Müxalifət bir hadisə baş verdikdə, onun məsuliyyətini iqtidarın üstünə atmağa çalışır. Hər hansı bir AXCP üzvü yolla gedərsə və külək ağacı onun üstünə aşırsa, deyəcəklər ki, bu iqtidarın təxribatıdır”.
Bunu Modern.az saytına YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, AXCP-nin qərargahında baş vermiş partlayışı hakimiyyətin təxribatı kimi qiymətləndirənləri tənqid edib. YAP rəsmisinin sözlərinə görə burada hər hansı bir təxribatdan söhbət gedə bilməz və hadisə səhlənkarlıqdan baş verib.
“Səhlənkarlıq nəticəsində digər yerlərdə və dövlət idarələrində də belə hallar olur”-deyə S. Novruzov bildirib.
Aqşin Kərimov