
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin işdən çıxması ilə bağlı xəbərlər yayılıb. Jurnalistlərin bir neçə gündür nazirlik sözçüsünə etdikləri zənglər cavabsız qalıb. Media nümayəndələrinin bütün suallarını operativ şəkildə cavablandıran Murtuzəli Hacıyevin zənglərə cavab verməməsi onun işdən çıxarılması ilə bağlı müxtəlif fikirlər yaradıb.
Modern.az yayılan xəbərlərə Murtuzəli Hacıyevin özündən münasibət öyrənib. O, bildirib ki, bir neçə gün paytaxtda olmaması səbəbindən telefonlara cavab verə bilməyib. Onun sölərinə görə, işdən çıxarılması ilə bağlı yayılan xəbərlər şayiədir.
“İş otağımdayam. Sadəcə, bir neçə gün idi cənab nazirin Gəncədə keçiridiyi görüşlərdə iştirak edirdim. Ona görə də zənglərə cavab verə bilməmişəm”.
Gültəkin Ələsgər