Modern.az

Kasparov Xorvatiya vətəndaşı oldu

Kasparov Xorvatiya vətəndaşı oldu

Təhsil

3 Mart 2014, 17:37


Xorvatiya hökuməti tanınmış şahmatçı və bir müddət Rusiyada Putin hakimiyyətinə qarşı müxalif çıxışları ilə gündəmə gələn Harri Kasparova vətəndaşlıq verib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Xorvatiyanın  Daxili İşlər Nazirliyinin bəyanatında bunun Xorvatiyanın maraqlarına uyğun qərar olduğu bildirilib.  

50 yaşlı Kasparov Xorvatiyanın kurort şəhəri Opatiyada şahmat akademiyası açmağı planlaşdırır. 2013-cü ilin noyabr ayında xəbər verilirdi ki, şahmat üzrə dünya çempionu vətəndaşlıq üçün Latviya parlamentinə müraciət edib. 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var