Modern.az

Mandela haqqında çəkilmiş film nümayiş olunacaq

Mandela haqqında çəkilmiş film nümayiş olunacaq

Təhsil

4 Aprel 2014, 00:36

Modern.az saytı xəbər verir ki, Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandelanın həyatından bəhs edən "Mandela: Azadlığa gedən yol" filmi aprelin 4-də nümayiş olunacaq.

Həyatını irqi ayrı-seçkiliyə qarşı mübarizəyə həsr edən və 2013-ci ilin dekabr ayında dünyasını dəyişən Mandelanın, siyasəti buraxdıqdan sonra qələmə aldığı avtobiyoqrafiyasından lentə alınan film, Cənubi Afrikalı liderin bütün həyat hekayəsini tamaşaçıya çatdıran ilk film olacaq.

Justin Chadwickin rejissorluğu ilə lentə alınan filmdə Mandela rolunu “Sakit Döyüşçü”, “Prometheus” və“Thor” kimi filmlərdə rol alan ingilis oyunçu İdris Elba canlandıracaq. Mandelanın həyat yoldaşını Winnie Madikizelanı isə aktrisa Naomie Harris canlandıracaq. O, indiyə kimi “Qəraib dənizinin quldurları” və “Skyfall” kimi filmlərdə rol alıb.

Film Nelson Mandelanın Transkei kəndində kiçik yaşlarından çobanlıq etdiyi uşaqlıq illərindən, Cənubi Afrikanın demokratik yolla  seçilmiş ilk lideri olduğu dövrə qədər olan təsirli bir həyat hekayəsini əhatə edir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...