Modern.az

Türkiyədə “Twitter”ə qoyulan qadağa götürülüb

Türkiyədə “Twitter”ə qoyulan qadağa götürülüb

Təhsil

4 Aprel 2014, 00:50

Modern.az saytı xəbər verir ki, Türkiyə məhkəməsinin Twitter-in bağlanmasının ifadə azadlığının pozulması olduğuna dair hökmündən bir gün sonra sosial şəbəkəyə qoyulan qadağa ləğv edilib. Türkiyənin telekommunikasiya idarəsi şəbəkənin fəaliyyətinin bərpası üzərində iş aparıldığını bildirib.

Qeyd edək ki, Türkiyədə  “YouTube” video servisinə birbaşa girişə tətbiq olunan qadağa hələ də qüvvədə qalmaqdadır.

Twitter-in bağlanmasına baş nazir Rəcəb Tayyib Ərdoğan iki həftə əvvəl götəriş verib. Twitter baş nazir və onun oğlunun korrupsiya qalmaqalı ilə əlaqəli audio yazıları ortaya çıxdıqdan sonra qadağan edilib.
 
Qadağa yerli seçkilərdən əvvəl tətbiq edilib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...