Modern.az

BMW 232 min avtomobili geri çağırıb

BMW 232 min avtomobili geri çağırıb

Təhsil

4 Aprel 2014, 01:42

Modern.az saytı xəbər verir ki, Alman avtomobil nəhəngi BMW Çindəki 232 min 98 avtomobili  mühərrik problemləri səbəbiylə geri çağırıb.

Çinin Keyfiyyətə Nəzarət və Müşahidə İdarəsi 18 iyundan etibarən N52K, N52T və N55 mühərrik təchizatına sahib avtomobillərin geri çağırılacağını açıqlayıb.

Geri çağırma əməliyyatı Çində 10 iyun 2009-cu ildən 30 iyul 2012-ci ilə qədər "BMW China" tərəfindən idxal edilən 138 min ədəd  534 1,3,5,6,7 silsilələri ilə X1, X3, X5, X6 və Z4 modelləri və "BMW Brilliance" tərəfindən 7 noyabr 2009-cu ildən 6 iyun 2013-cu il tarixləri arasında istehsal olunan 93 min 564 ədəd BMW 3 və 5 silsilələrini əhatə etdiyi qeyd edib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...