Modern.az saytı xəbər verir ki, Fransada xizək sürərgən qəzaya uğrayan və müalicəsi hələ də davam edən Formula 1-in əfsanəvi pilotu Mixael Şumaxerin meneceri Sabine Kehm Şumaxerin səhətində yaxşıya doğru bir gedişatın qeydə alındığını bildirib
Menecer Kehm “Şumaxerin səhətində ümidverici işarələr olduğunu və bu işarələrin bizi cəsarətləndirdiyini" bildirib.
Digər tərəfdən İngilis mətbuatında yer alan xəbərlərə münasibət bildirən Kehm, "İngilis mətbuatında Şumaxerin yoldaşı Corinnanın yeni bir ev aldığı və bu evin kiçik bir xəstəxana olaraq istifadə ediləcəyi xəbərlərinin həqiqətdən uzaq olduğunu, Şumaxerin sağlamlıq vəziyyətinin ümidsiz bir hadisə olaraq qiymətləndirilməsi qəbul edilə bilməz " deyə qeyd edib.
Modern.az