Modern.az saytı xəbər verir ki, Tokatın Yeşilyurt rayonunda AKP-li Kazım Misafirin 50 səs fərqlə qalib gəlməsindən sonra nəticələrə etiraz edən MHP-nin Şəhər Seçki Məclisinə şikayəti əsasında seçkilər ləğv edilib.
Yeni seçkilərin 1 iyun tarixində keçirilməsi haqda qərar qəbul edilib.AKP-li bələdiyyə sədri Kazım Misafir 1360 səsə qarşı 1410 səs alaraq yenidən seçilmişdi.
Qeyd edək ki, seçkidən sonra hər iki tərəf arasında çıxan mübahisədə 12 nəfər yaralanmışdı.
Seçkilərin yenidən keçirilməsi haqda qəar qəbul edildikdən sonra MHP-lilər böyük sevinc yaşayıblar.
Modern.az