Modern.az

Bu gün Ərdoğan Azərbaycanda sünni və şiələrlə bir yerdə namaz qılacaq

Bu gün Ərdoğan Azərbaycanda sünni və şiələrlə bir yerdə namaz qılacaq

Təhsil

4 Aprel 2014, 08:04

Azərbaycanın şimal regionunda işgüzar səfərdə olan Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bu gün Azərbaycana gəlməsi gözlənilən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın səfərini şərh edib.  ANS PRESS-in xəbərinə görə, Şeyx Ərdoğanın Bakı səfəri zamanı da Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu nümayiş etdiriləcəyini deyib: 

“Bu gün Ərdoğan Bakıya gəlir, Əjdərbəyə gəlir. Əjdərbəy məsçidində, həm sünnilər, həm də şiələr bir yerdə namaz qılacaq. Bunu nə Türkiyədə, nə İranda, nə də Rusiyada tapa bilərsən, bunu ancaq Azərbaycanda tapa bilərsən”.

Xatırladaq ki, Şimal zonasına səfəri zamanı Bütün Qafqazın şeyxi Quba, Qusar və Xaçmaz rayonlarının hər birində məsçidlərin bərpası üçün 10 min AZN pul ayırıb. Səfər çərçivəsində bölgədə radikal dini təmayüllərin təbliğatının əleyhində olan ədəbiyyat da paylanılıb. Hacı Allahşükür Paşazadə bu rayonlarda yaşayan bütün dindarların problemlərinə hörmətlə yanaşılacağını bildirib. 

Sizə yeni x var
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...