Modern.az

Həsən Ruhani: “İlham Əliyevlə Culfa dəmir yolunun Ermənistana birləşdirilməsi müzakirə olunacaq”

Həsən Ruhani: “İlham Əliyevlə Culfa dəmir yolunun Ermənistana birləşdirilməsi müzakirə olunacaq”

Təhsil

4 Aprel 2014, 10:41


Azərbaycan prezidenti İlham Əliyevin Tehran  səfəri ilə yeni rəsmi mövqe sərgilənib. Modern.az İran mətbuatına istinadən xəbər verir ki,  bu ölkənin  prezidenti Həsən Ruhani azad iqtisadi zonaların (AİZ) rəhbərləri ilə görüşündə çıxış edərkən İ. Əliyevin səfəri zamanı müzakirə olunacaq bəzi məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan prezidentinin  Tehrana səfəri çərçivəsində Culfa dəmir yolunun Azərbaycan Respublikasına və bu vasitə ilə Ermənistan və Avropaya birləşdiriləcəyi mövzusu gündəlikdə dayanır. “Bununla da Araz və Maku azad iqtisadi zonalarının ticarət şəraiti daha da genişlənəcək”, – deyə H. Ruhani bildirib.

AİZ Katibliyinin Əlaqələndirmə Şurasının ictimai əlaqələr şöbəsindən  verilən məlumata əsasən, prezident H. Ruhani ölkənin Azad Zonalarının İranın inkişafı və müqavimət iqtisadiyyatının gerçəkləşməsindəki rolunu çox önəmli adlandırıb.

Aqşin Kərimov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...