Modern.az

Fəzail Ağamalı: “20 yanvar əlillərinə xüsusi status verilsin”

Fəzail Ağamalı: “20 yanvar əlillərinə xüsusi status verilsin”

Təhsil

4 Aprel 2014, 12:38

Modern.az-ın məlumatına görə, Milli Məclisin bugünkü plenar iclasında deputat Fəzail Ağamalı 20 Yanvar əlillərinə xüsusi status verilməsi ilə bağlı fikirlər səsləndirilib.

“Bununla bağlı mənə də müraciət olunur. Məsələ burasındadır ki, onların statusu olmadığından, güzəştlər, sosialyönlü imtiyazlar verilmir. Halbuki 1998-ci ildən Heydər Əliyevin imzaladığı sərəncamda “20 yanvar şəhidi” fəxri adı təsis olunmuşdu. Daha sonra ölkə prezidenti İlham Əliyev 2006-cı ildə imzaladığı fərmanla 20 yanvar şəhidlərinin ailələri üçün Prezident təqaüdünün təsis olunması haqda fərman imzalanıb. Hər bir 20 yanvar şəhidi ailəsi hər ay 300 manat pensiya ilə təmin olunur. Lakin məndən xahiş edirlər ki, 20 yanvar şəhidləri ilə bağlı xüsusi status müəyyən edilsin”, – deyə F. Ağamalı qeyd edib.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...