“ATƏT və BMT-nin ikili standartlar yanaşması nə qədər davam edəcəksə, təəssüf ki, bu qurumlardakı insanlara da inam olmayacaq”. Modern.az xəbər verir ki, bu sözləri Mili Məclisin bugünkü plenar iclasında Qənirə Paşayeva deyib. O, Tovuz rayonunda ermənilərin dinc insanları atəşə tutması haqqında danışıb. “Tovuz rayonunda baş verənlərə görə, çox narahat olduq. Amma beynəlxalq təşkilatlar ayrı vaxtlarda Azərbaycanda baş verən bir hadisəyə görə, səslərini başlarına atırdılarsa, nədənsə bu dəfə susurlar. Buradan səslənib deyirəm ki, ATƏT və BMT-nin Azərbaycandakı baş ofisləri nə üçün Azərbaycana mülki şəxsin yaralanması ilə bağlı heç bir açıqlama vermədilər? Bunlar niyə cəbhə bölgəsində yaralanan mülki şəxslərə baş çəkmirlər? Bunlar bizi çox narahat edir. Amma eyni zamanda bu qurumlar öz hərəkətləri ilə işə üzlərini ortaya qoyurlar”.
Gültəkin ƏLƏSGƏR