
Deputat Fazil Mustafa Milli Məclisinin bu gün keçirilən iclasında Təhsil Nazirliyinin dərs ili ilə bağlı yeni qərarına etiraz edib.
Modern.az parlamentdən xəbər verir ki, Fazil Mustafa orta məktəblərdə tədris müddətinin iyun ayında bir neçə həftə uzadılması barədə qərarı səhv addım adlandırıb.
Deputat deyib ki, faktiki olaraq mayın sonuncu həftəsində dərsə gedənlərin sayı kəskin şəkildə azalır. Bu baxımdan həmin müddətdə dərs ilinin 3 həftə uzadılması anlaşılmır.
Fazil Mustafa bundansa, dərs ilinə sentyabrın 15-də deyil, 1-də başlamağın daha məqbul variant olduğunu vurğulayıb.
Modern.az