Modern.az

“Ermənistanın “Kəsab” iddiaları Qarabağda qanunsuz məskunlaşdırma aparmaq üçündür”-ŞƏRH

“Ermənistanın “Kəsab” iddiaları Qarabağda qanunsuz məskunlaşdırma aparmaq üçündür”-ŞƏRH

Təhsil

4 Aprel 2014, 13:10


“Suriyanın Kəsab qəsəbəsi olduqca kiçik bir ərazidə yerləşir. Bu qəsəbəni Suriya Azadlıq Ordusu tutdu və bu zaman ərəblər də daxil olmaqla bir neçə erməni öldürüldü. Bu məsələdən sui-istifadə edən Ermənistan dünyaya hay-küy salıb ki, guya Türkiyədən Suriyaya gəlmiş döyüşçülər orda yaşayan ermənilər kütləvi şəkildə öldürür. Bu isə tamamilə yalan və təxribatdır”. Bunu Modern.az saytına politoloq Qabil Hüseynli ermənilərin uydurduğu qondarma iddiaları şərh edərkən deyib. O bildirib ki, ermənilər məsələni Türkiyənin üzərinə yıxaraq ABŞ Konqresində də müzakirəyə çıxarmaq niyyətindədirlər. Ekspertin sözlərinə görə bir sıra konqresmen hadisələrin şişirdilərək qəsdən baş verdiyini söyləyir. “Halbuki Suriyada vətəndaş müharibəsi gedir. Hakim rejimə qarşı üsyançılar mübarizə aparır. Bu prosesdə də Bəşər Əsədin tərəfdarlarına qarşı hücumlar edirlər. Suriya Azadlıq Ordusu üçün Aralıq dənizinə çıxmaq çox mühüm əhəmiyyətə malik idi. Onu da əldə etdilər və bu zaman bir neçə erməni öldü. Amma bunun türklərin ermənilərə qarşı soyqırımı kimi təqdim edilməsi və müzakirəyə çıxarılması mənasızdır”-deyə Q. Hüseynli qeyd edib. Siyasi şərhçi hesab edir ki, bu cür iddiaların yayılmasının əsas səbəblərindən biri də Suriya ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsinin sürətləndirilməsinə nail olmaqdır. “Təkcə Dağlıq Qarabağ deyil, ümumilikdə Azərbaycanın işğal altında olan digər ərazilərinə də erməni ailələrinin məskunlaşdırılması nəzərdə tutulur. Azərbaycan tərəfi beynəlxalq təşkilatlara müraciət edərək buna etiraz etməlidir”. 

Qeyd edək ki, işğalçı Ermənistan və onun mətbuatı Suriyada ermənilərin türklər tərəfindən öldürüldüyünü iddia edir. Məsələ ilə bağlı Ermənistan rəsmilərin da açıqlama verib. Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Suriyadakı ermənilərin taleyini müdafiə edən bəyanat yayıb. Bu arada ermənilərin hiyləsi də ifşa olunub. Belə ki, Kəsabın millətcə erməni olan meri Vazgen Çaparyan ermənilərin kütləvi şəkildə öldürülməsi ilə bağlı xəbərləri təkzib edib. O bildirib ki, Kəsab ələ keçirilən zaman mülki əhali öldürülməyib.  

 

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...