Modern.az

YAP-çı deputat: “Krıma gedənlər elə İsmayıllıya da gedirdilər”

YAP-çı deputat: “Krıma gedənlər elə İsmayıllıya da gedirdilər”

Təhsil

4 Aprel 2014, 13:19

“Yeni Azərbaycan Partiyası Ukrayna, xüsusilə Krım ətrafında baş verən hadisələrlə bağlı mövqeyini açıqlayıb”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Siyavuş Novruzov deyib. YAP icra katibinin müavini qeyd edib ki, partiyanın və onun sədrinin Ukrayna ilə bağlı mövqeyi tam aydın ifadə olunub:

“Hakim partiyanın sədrinin mövqeyi artıq BMT-də öz əksini tapıb. Ancaq təəssüf ki, başqa partiyalar burada dəstək göstərmək əvəzinə, Azərbaycanın MDB-dən çıxmasını təklif edərək qıcıq yaradır. Digər bir qrup isə Rusiyanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasını ortaya atır. Başqa bir dəstə isə ara qarışdırmaq üçün Krıma gedir. Krıma gedənlər elə İsmayıllıya da gedirdilər. Hadisələrin nəticəsini gözləmədən azərbaycanlılara qarşı qıcıq yaratmağa ehtiyac yoxdur. Əgər siyasi partiyalar belə bir dəstək vermək istəyirlərsə, o zaman buyursunlar hər biri öz bəyanatı ilə çıxış etsin”.

Gültəkin Ələsgər

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...