Modern.az

Zahid Oruc: “Ərdoğan hakimiyyətinin qələbəsi azərbaycanlıları da sevindirir”

Zahid Oruc: “Ərdoğan hakimiyyətinin qələbəsi azərbaycanlıları da sevindirir”

Təhsil

4 Aprel 2014, 13:31


Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc Türkiyədəki seçkilərin Azərbaycanda da kifayət qədər təsirli olduğunu bildirib.
Modern.az
-ın xəbərinə görə, deputat deyib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dönəmində 8-ci seçkilərin qalibi kimi Türkiyə xalqının etibarını qazanması qardaş Türkiyənin uğurudur:

“Hesab edirəm ki, Azərbaycan insanlarını da sevindirir. Bəli, biz Türkiyənin daxili işlərinə qarışmırıq. Hər hansı bir siyasi bölümün qalibiyyəti bizim tərəfimizdən qəbul olunacaqdı. Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan -Türkiyə münasibətləri iki türk dövlətinin liderinin sayəsində irəliyə doğru gedib. Ərdoğanın Azərbaycana səfəri mühüm dövrə təsadüf olunur. Türkiyə Azərbaycanın müxtəlif təhlükəsizlik məsələsində iştirak edir. Hesab edirəm ki, ölkəmiz Türkiyənin düşməninə qarşı düşməndir. Əminəm ki, zamanında Naxçıvan məsələsi ilə bağlı Qars müqaviləsi ilə Azərbaycanın ərazi bütövlüyündə mühüm yer alan Türkiyə qarşıdakı dönəmdə Qarabağ məsələsi üçün də Qars müqaviləsinə bənzər müqavilə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında iştirak edəcək. 2014-cü ildə imzalanan strateji tərəfdaşlıq sazişi buna imkan verir. Əminəm, iki ölkənin imkanı var ki, münasibətlərini hərbi müttəfiqlik səviyyəsində tamamlasınlar. Hesab edirəm ki, bu səfər və bağlı qapılar arxasında keçən hissəsi də iki ölkənin mənafelərinə xidmət edəcək və hər iki dövləti daha da gücləndirəcək.”

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...